Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond rəhbərliyinə təşəkkür edilib. Məktubda eyni zamanda bu xeyriyyə işinin gənc nəslin humanist ruhda formalaşmasında nümunə olaraq göstəriləcəyi qeyd edilib.
13.05.20 13:39 ərzində olan dəyişikliklər | Yazan Administrator 13.05.20 12:49
Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları etməyə davam edir. Əvvəlcədən fonda müraciət edən ailələr müəyyən edildikdən sonra qida paketləri fondun əməkdaşları tərəfindən ehtiyac sahibi ailələrə yaşadıqları ünvanlarda təqdim edilib.
Yazan Administrator 23.04.20 17:45
07.04.20 20:11 ərzində olan dəyişikliklər | Yazan Administrator 07.04.20 19:55
05.04.20 13:15 ərzində olan dəyişikliklər | Yazan Administrator 01.04.20 21:29
30.03.20 14:59 ərzində olan dəyişikliklər | Yazan Administrator 30.03.20 14:16
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
17.03.20 10:55 ərzində olan dəyişikliklər | Yazan Administrator 17.03.20 10:49
Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib.
Ziyarət əsnasında İbrahim Vəliyevin anası Rəfiqə xanım, atası Ələmşah bəy və nənəsi Gülöyşə xanımla görüşən fond nümayəndələri belə bir qəhrəman övlad böyüdüb, tərbiyə etdikləri üçün onlara təşəkkür edib və onlara hər zaman dəstək olacaqlarını bildiriblər.
16.03.20 15:42 ərzində olan dəyişikliklər | Yazan Administrator 16.03.20 14:04
Səhifə 5 > 84-dəan