Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Yazan Administrator 17.01.20 11:32
Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal marşlarının səsləndirilməsi ilə açıq elan edilib.
15.01.20 14:11 ərzində olan dəyişikliklər | Yazan Administrator 15.01.20 13:48
Bu gün Gəncliyə Yardım Fondunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə fondun prezidenti Ahmet Tecim çıxış edərək bütün əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, həyata keçirilən layihələrin əhəmiyyətindən və uğurlu nəticələrdən danışıb. Bütün şöbələrin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək layihələrdəki öhdəliklər təqdim edilib.
Yazan Administrator 30.12.19 00:00
20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi yazıçı-ssenarist Rafiq Səməndər Gəncliyə Yardım Fondunun qonağı olub. Fond rəhbərliyi ilə görüşən müəllif 30 il öncə Azərbaycan xalqının başına gətirilən müsibətdən söz açıb və dövrün həqiqətlərini ortaya qoyan kitabın necə ərsəyə gəlməsindən danışıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tanınmış yazıçının “Şəhidlər” kitabının bu günkü gənclər üçün də qiymətli əsər olduğunu qeyd edib.
07.01.20 10:51 ərzində olan dəyişikliklər | Yazan Administrator 26.12.19 00:00
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-da müəllim işləyib.
Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
07.01.20 11:03 ərzində olan dəyişikliklər | Yazan Administrator 24.12.19 00:00
Gəncliyə Yardım Fondu, Light UP Training Platformu və Zərərli Vərdişlərə qarşı içtimai birliyinin təşkilatçılığı ilə "Asılı Olma, Azad ol!" adlı maarifləndirici keçirilib.
Tədbiri Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış sözü ilə açıq elan edərək mövzunun əhəmiyyətindən bəhs edib və qonaqlara öz təşəkkürünü bildirib.
Yazan Administrator 24.12.19 00:00
Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Gəncliyə Yardım Fondu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval- ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.
Yazan Administrator 24.12.19 00:00
Səhifə 8 > 84-dəan