|
Xocalı faciəsində şəhid olan həmvətənlərimizin anım mərasimində iştirak etmək və Azərbaycan Skautlar Assosiasiyası ilə əməkdaşlıqlarını gücləndirmək üçün Azərbaycanda səfərdə olan Türkiyə İzcilik Federasiyasının nümayəndələri Gəncliyə Yardım Fondunun qonağı olub.
Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək skautların könüllülük fəaliyyəti əsasında gördükləri işləri yüksək qiymətləndirib və Gəncliyə Yardım Fondunun hər zaman onların üzünə açıq olduğunu qeyd edib. Daha sonra qonaqlara fondun fəaliyyətlərini özündə əsk etdirən video-rolik nümayiş etdirilib.
26.02.20 19:53 ərzində olan dəyişikliklər | Yazan Administrator 26.02.20 15:58
Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları paytaxtın Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib. Fondun rəhbər və işçi heyəti bu dəhşətli faciənin 28-ci ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Fond hər il oduğu kimi, bu ildə Xocali faciəsinin unudulmaması və bu genosidin dünya ictimaiyyətinə çatdırılması üçün orta məktəb şagirdləri arasında maarifləndirmə tədbirləri həyata keçirib və məcburi köçkün ailələrinə qida yardımları paylayıb.
Yazan Administrator 26.02.20 11:12
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Xocalı Soyqrırımının XXVIII ildönümünə həsr olunmuş “Xocalını Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
24.02.20 13:19 ərzində olan dəyişikliklər | Yazan Administrator 24.02.20 12:57
Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı İstedadlı Gənclər Akademiyası" (BİGA) layihəsi çərçivəsində Böyük Britaniyanın Aberdeen Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Yusif Nəbiyev gənclərlə görüşüb. Tədbirdə Gəncliyə Yardım Fondu təhsil şöbəsinin əməkdaşları və Bakı İstedadlı Gənclər Akademiyasının tələbələri iştirak edib.
22.02.20 16:00 ərzində olan dəyişikliklər | Yazan Administrator 22.02.20 15:55
Bu gün Gəncliyə Yardım Fondunda “Gənclik və Dünyada Könüllülük Fəaliyyəti” ilə bağlı beynəlxalq tədbir keçirilib. Müxtəlif dövlətlərin könüllülk fəaliyyətində yaxından iştirak edən gənclər öz təcrübələrini bölüşüblər.
22.02.20 15:25 ərzində olan dəyişikliklər | Yazan Administrator 22.02.20 14:06
Fevralın 20-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – (TİKA) və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan "Yeni Media Jurnalistikası" təlimini həyata keçirmək üçün Bakıya gələn TRT-nin sosial media mütəxəssisi Ömər Darbaz Gəncliyə Yardım Fondunda gənclərlə görüşüb və onlara sosial medianın istifadə formaları və yeni medianın özünə xas xüsusiyyətlərindən danışıb.
22.02.20 13:57 ərzində olan dəyişikliklər | Yazan Administrator 22.02.20 10:39
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Zaqatala rayonunda yaşayan 1-ci qrup əlil, 64 yaşlı Davudova Rəbiyyət Abdulla qızını yaşadığı ünvanda ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan Davudova Rəbiyyət Abdulla qızına əlil arabası təqdim edilib. Məlum olub ki, Rəbiyyət xanımın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir.
20.02.20 17:54 ərzində olan dəyişikliklər | Yazan Administrator 20.02.20 17:45
Səhifə 9 > 86-dəan