Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu artıq xeyriyyəçilik fəaliyyətləri ilə ad çıxarmış, bu günə kimi humanitar yardım, təhsilə dəstək, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəminatlı ailələrə köməklik kimi fəaliyyətləri ilə hər zaman xalqımıza öz maddi-mənəvi dəstəyini göstərmişdir.
21.04.12 15:05 ərzində olan dəyişikliklər | Yazan Administrator 21.04.12 13:41
17 Aprel 2012-ci il tarixində Gəncliyə Yardım Fondunun akt zalında “İRƏLİ” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Bakı turniri” təşkil olunmuşdur.
Məktəblilərarası çempionatda Bakının 23 məktəbindən 25 komanda iştirak etmişdir.
18.04.12 16:57 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.04.12 16:35
16.04.2012-ci il tarixində PARK İNN hotelində T. C Bakı Böyükelçiliyi Din Xidmətləri müşavirliyinin təşkilatçılığı ilə Hz. Peyğəmbərimizin doğum gününə həsr olunmuş “Hz. Peyğəmbər, Qardaşlıq Əxlaqı və Qardaşlıq Hüququ” adı altında tədbirdə iştirak etmək üçün Azərbaycnda səfərdə olan Türkiyə Diyanət Vəqfi Mütəvəlli heyət başçısı və Diyanət İşləri Başqanının vəkili Mazhar Bilgin Gəncliyə Yardım Fondunu ziyarət edib.
17.04.12 15:51 ərzində olan dəyişikliklər | Yazan Administrator 17.04.12 15:41
Aprelin 15-də Hz.Məhəmməd Peyğəmbərin (s.a.v.) doğum gününə həsr edilmiş “İslamda bərabərlik və birlik” mövzusunda tədbir keçirilib. Lent.az-ın verdiyi xəbərə görə, Gəncliyə Yardım Fondunda Azərbaycanın Qarabağ Seyid Ocaqlarının təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin çoxlu sayda inanclı xanımları iştirak edib.
16.04.12 12:28 ərzində olan dəyişikliklər | Yazan Administrator 16.04.12 12:20
Bu gün Gəncliyə Yardım Fondunda Azebook Network kitab şəbəkəsinin təşkilatçılığı ilə onun macar dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının təqdimat mərasimi keçirilib. Povest ilk dəfə Azərbaycan dilində nəşr olunub. Kitabin redaktoru və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir. “Məhbəsə sığmayan azadlıq eşqi” adlı müqəddiməsində Asif Rüstəmli Budapeştdə olarkən Ramil Səfərovla görüşündən, kitabın bədii məziyyətlərindən bəhs edib.
02.05.12 10:32 ərzində olan dəyişikliklər | Yazan Administrator 14.04.12 14:57
Bu gün Millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən Gəncliyə Yardım Fondunun qonağı olublar.
17.04.12 15:57 ərzində olan dəyişikliklər | Yazan Administrator 14.04.12 14:12
30.03.2012-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndələri anadangəlmə şikəst olan 8 yaşlı Qurbanov Elçin Ehtibar oğlunu yaşadığı mənzildə ziyarət ediblər. Elcinin ailəsi tərəfindən Fonda ünvanlanmış ərizənin tələbləri nəzərə alınaraq balaca Elçinin hərəkətinin rahatlaşdırılması üçün nəzərdə tutulan əlil arabası ona təqdim edilmişdir.
31.03.12 13:41 ərzində olan dəyişikliklər | Yazan Administrator 31.03.12 13:23
Səhifə 83 > 86-dəan