Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam…
Davamını oxu...

Gənclər Zərərli Vərdişlərər Qarşı

01-09 mart 2019-cu il tarixlərində dünyanın bir necə ölkəsində Zərərli Vərdişlərə Qarşı Türkiyə Cümhuriyyətinin Yeşilay Federasyonu tərəfindən “Yaşılay həftəsi” keçirildi. Həmin silsiləli təbdirlərdən bir necəsi də ölkəmizdə keçirilmişdir. Beləki Gəncliyə…
Davamını oxu...

Xocallı Məktəbliləri Təltif Edildi

Gəncliyə Yardım Fondu Goranboy rayonunda yerləşən Xocalı şəhəri 1 saylı tam orta məktəbin, bu ilki qəbul və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 5 şagirdə təşəkkürnamə və pul mükafatı verib.…
Davamını oxu...

GYF SOS Uşaq Kəndlərində Xeyriyyə Tədbiri Keçirib

SOS Uşaq Kəndləri Gəncə Filialının ehtiyacvına uyğun olaraq Gəncliyə Yardım Fondu SOS Uşaq Kəndləri Gəncə Fillialında yaşayan 19 nəfər uşağı sünnət etdirib. 31 may tarxində baş tutan xeyriyyə tədbirindən sonra…
Davamını oxu...

“Mənim bayrağım” mövzusunda keçirilən şeir və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

PDF faylını alÇapE-poçt

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Mənim bayrağım” mövzusunda keçirilən şeir və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən müsabiqə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilb. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir, keçirilən tədbirə ev sahibliyi və təşkilatçılıq etdiklərinə görə qürur hissi keçirdyini qeyd edərək. gənclərdə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov öz çıxışında bildirib ki,  bayraq gününün əhəmiyyəti hər birimiz üçün hiss edilməlidir və bu müsabiqədə iştirak edən gənclərin hər biri qalibdir..

 Daha sonra Prezident Administrasiyası İctimai-siyasi şöbənin məsul işçisi Rasim Mirzəyev, Millət vəkilləri Qənirə Paşayeva, Kamilə Əliyeva və Etibar Hüseynov  cıxış edərək bildiriblər ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu  tərəfindən keçirilən müsabiqələr gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və elmli gənclərin formalaşmasına zəmin yaradır.

 Sonda müsabiqənin qalibləri və fərqlənən iştirakçılar mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Dövlət Bayrağı gününün geniş qeyd edilməsi, gənclərin öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq və istedadlı gəncləri üzə çıxartmaq, yeniyetmə və gənclərdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılmasıdır.

“Mənim bayrağım” mövzusunda keçirilən şeir müsabiqəsinin qalibləri aşağıdakılardır:

I yer – Zeynallı Arzu – Nərimanov rayon 291 saylı orta ümumtəhsil məktəbinin şagirdi

II yer –Quliyeva Rəna – Xətai rayon 27  saylı orta ümumtəhsil məktəbinin şagirdi

III yer – Şərifov Nicat – Suraxanı  rayon 318 saylı orta ümumtəhsil məktəbinin şagirdi

“Mənim bayrağım” mövzusunda keçirilən  inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer – Babayev Fərid – Suraxanı rayon 275 saylı orta ümumtəhsil məktəbinin şagirdi

II yer –Nəzərli Günay – Səbail rayon 329  saylı orta ümumtəhsil məktəbinin şagirdi

III yer – Ələkbərli Şamilə – Nərimanov rayon 39 saylı orta ümumtəhsil məktəbinin şagirdi