Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-Nümayəndələri Ümumdünya Qaçqınlar Günü ilə Bağlı Keçirilən Tədbirdə İştirak Edib

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar. Tədbiri açan BMT-nin…
Davamını oxu...

GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam…
Davamını oxu...

Gənclər Zərərli Vərdişlərər Qarşı

01-09 mart 2019-cu il tarixlərində dünyanın bir necə ölkəsində Zərərli Vərdişlərə Qarşı Türkiyə Cümhuriyyətinin Yeşilay Federasyonu tərəfindən “Yaşılay həftəsi” keçirildi. Həmin silsiləli təbdirlərdən bir necəsi də ölkəmizdə keçirilmişdir. Beləki Gəncliyə…
Davamını oxu...

Xocallı Məktəbliləri Təltif Edildi

Gəncliyə Yardım Fondu Goranboy rayonunda yerləşən Xocalı şəhəri 1 saylı tam orta məktəbin, bu ilki qəbul və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 5 şagirdə təşəkkürnamə və pul mükafatı verib.…
Davamını oxu...

Gəncliyə Yardim Fondu

PDF faylını alÇapE-poçt

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında Gəncliyə Yardım Fondunun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis, rus, ərəb və ilkin tibbi yardım kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edildi.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim öz çıxışında bu günün iki baxımdan əlamətdar bir gün olamsını qeyd edib. Belə ki, kurslarımızı müvəffəqiyyətlə bitirmiş tələbələrin sevincləri ilə Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 50 yaşının tamam olmasının sevincini bir arada yaşayırıq deyən A. Tecim, eyni zamanda İlham Əliyevin hər zaman Azərbaycan gəncliyinin yanında olmasını xüsusi qeyd edib və Gəncliyə Yardım Fondunun bütün kollektivi adından prezidentə uzun ömür can sağlığı gələcək işlərində uğurlar arzulayıb. Ahmet Tecim tədbirdə iştirak edən gənclərə prezidentin xanımı, millət vəkili xanım Mehriban Əliyevanın da gənclər sektoruna xüsusi qayğısından danışıb. Natiq son vaxtlar Fransa parlamentində türk dünyasına qarşı alınan qərarlara diqqət çəkərək, Türk dünyasına qarşı ikili standartları pislədiklərini və bu yanaşmanın yolverilməz olduğunu bildirib. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycan gəncinin vəzifəsi olmalıdır deyə A. Tecim bildirib. Ahmet Tecim çıxışının sonunda bütün azərbaycan xalqını qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibatilə təbrik edib.

Mərasimdə başqa natiqlər də çıxış edərərk kursları müvəffəqiyyətlə bitirmiş tələbələri təbrik etdilər və gələcək həyatlarında müvəffəqiyyətlər arzuladılar.

Qeyd edək ki, mərasimdə 81 nəfərə sertifikat təqdim edildi.

Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirdilər.