Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
GYF-Nümayəndələri "Dəyərlərimiz-Sərvətimiz, ‎Gələcəyimizdir” Müsabiqəsinin Mükafatlandırma ‎Mərasimində İştirak Edib
banner
banner
banner

GYF-Nümayəndələri "Dəyərlərimiz-Sərvətimiz, ‎Gələcəyimizdir” Müsabiqəsinin Mükafatlandırma ‎Mərasimində İştirak Edib

Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” adlı layihənin birinci mərhələsi yekunlaşıb. “Dəyərlərimizlə gələcəyimizi qoruyaq” şüarı ilə keçirilən layihənin hədəf…
Davamını oxu...

GYF-də “Zəfər Anı” Qeyd Edildi ‎

10 aprel tarixində Gəncliyə Yardım Fondunda müxtəlif‎ universitetlərdə təhsil alan istedadlı gənclərin, o cümlədən Bakı İstedadlı Gənclər Akademiyasının tələbələrinin “Aprel Döyüşləri” qaziləri ilə görüşləri baş tutub. “Zəfər Anı” adı altında baş tutan…
Davamını oxu...

Ehtiyac Sahibi Ailələr Unudulmadı

Gəncliyə Yardım Fondu hər ay olduğu kimi bu ay da ehtiyac sahibi ailələri unutmayıb. İlin əvvəlindən ‎etibarən fonda müraciət etmiş və nəzarət-təftiş komissiyasının təsdiqlədiyi ailələr öz ünvanlarında ziyarət ‎edilib və…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

‎09.04.2019-cu il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı şəhəri Sabunçu rayonunda ‎I qrup əlilliyi olan Gözəlova Nailə Qədəş qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

GYF Nümayəndələri “Zülmətdən Doğan İşıq” Filminin Təqdimatında İştirak Edib

PDF faylını alÇapE-poçt

Bakı Yunus Emre İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) təşkilati dəstəyi ilə 12 mart tarixində Bakı Yunus Emre İnstitutunda ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən bu il Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinin tamam olması münasibətilə istehsal olunan “Zülmətdən doğan işıq” adlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində Gəncliyə Yardım Fondunun əməkdaşları da iştirak edib.

Filmdə C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində Azərbaycan Cümhuriyyətində ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur. Film əsasən ədibin Cümhuriyyət dönəmində və sonrakı siyasi fəaliyyəti üzərində qurulub.

Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadədir. Filmdə Cəfər Cabbarlı obrazını aktyor Şəmistan Süleymanlı canlandırır.