Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr…
Davamını oxu...

"Türk milləti olaraq birlikdə güclüyük" - Bakıda 15 iyul hadisəsi anıldı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında…
Davamını oxu...

GYF-də Xeyriyyəçilik Ənənəsi Sərhəd Tanımır

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 53…
Davamını oxu...

GYF-Əməkdaşları Cocuq Mərcanlıya Səfərdə Yaxından İştirak Edib

PDF faylını alÇapE-poçt

Türkiyənin Azərbaycandakı səfirliyi və "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə 2016-cı il Aprel döyüşlərindən sonra yenidənqurma işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil edilib.

Səfərdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, Gəncliyə Yardım Fondunun əməkdaşları Salman Əliyev,  Zəki Şahin, Türkiyə və Azərbaycandan çoxlu sayda şirkət rəhbərləri iştirak edib.

Səfər zamanı Cocuq Mərcanlı kəndindəki "Qayıdış" parkının açılışı həyata keçirilib. Parkda TÜİB tərəfindən müxtəlif atraksionlar quraşdırılıb və kənd uşaqlarının istifadəsinə verilib.

Bundan əlavə, Cocuq Mərcanlıya gələn qonaqlar suvenir fabrikinin tikintisi ilə tanış olublar. TÜİB sədri Hüseyin Büyükfırat fabrikin qarşısında "Cocuq Mərcanlı" loqosu və gələcəkdə görüləcək işlərlə bağlı iş adamlarını məlumatlandırıb. O bildirib ki, "Cocuq Mərcanlı" loqosunu dünya markasına çevirməyi qarşılarına məqsəd qoyublar:

"Suvenir fabrikində hazırlanacaq əşyalar Azərbaycan, Türkiyə və dünya bazarına "Cocuq Mərcanlı" loqosu ilə çıxarılacaq. Fabrikdə Cocuq Mərcanlı sakinləri ilə yanaşı cəbhə xəttində yaşayan insanlar da işlə təmin ediləcək".

Bundan əlavə, Hüseyin Büyükfırat qeyd edib ki, artıq Türkiyənin məşhur bir tekstil firması ilə müqavilə bağlanılıb. Həmin firma "Cocuq Mərcanlı" loqosu ilə geyimlər istehsal edəcək.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında Cocuq Mərcanlını "böyük qayıdışın başlanğıcı" adlandırıb:

"Azərbaycanla Türkiyə qardaş dövlətlərdir. 2016-cı il Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi yenidən inşa edildi. Biz də Türkiyə dövləti olaraq buraya dəstək veririk. Bu gün övladlarımızın asudə vaxtının səmərəli istifadəsi üçün park açdıq. TÜİB-in maliyyə dəstəyi ilə suvenir fabriki tikilir. Biz qarşımıza məqsəd qoymuşuq ki, cəbhə xəttinə yaxın olan bölgələri inkişaf etdirək. Bunun üçün buraya Azərbaycanla yanaşı Türkiyədən də iş adamları dəvət etmişik".

Cocuq Mərcanlıya səfər edən qonaqlar daha sonra Sabirabad rayonunun Qazanbatdı kəndinə, axıska türkləri ilə görüşə gediblər. Görüşdən sonra kənd sakinlərinə bayram sovqatları paylanılıb.