Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyə Maarif Vəqfinin Başqanı GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün və İdarə Heyətinin üzvü Nədim Kaya…
Davamını oxu...

GYF Rəhbərliyi Dünya Türk Biznes Şurasının Bakı Toplantısında iştirak Edib

Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib. Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda…
Davamını oxu...

GYF-nin İdarə Heyəti TUİB Başqanı Hüseyin Büyükfıratı Ziyarət Edib

GYF-nin İdarə Heyəti “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” TUİB Başqanı Hüseyin Büyükfıratı ictimai birliyin yeni ünvanında ziyarət edin. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək…
Davamını oxu...

GYF Rəhbərliyi “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan Xanlıqlarının Münasibətləri” Adlı Sərginin Açılış Mərasimində İştirak Edib

Oktyabrın 8-də  Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı olub. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş…
Davamını oxu...

“Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” simpoziumu

     Bu gün Azərbaycan xalqı istər əsrin əvvələrində, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini, istərsədə əsrin sonunda 1991-ci ildə dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasını tanıyan ilk dövlətin qardaş Türkiyə olduğunu böyük bir minnətdarlıq hissi ilə xatırlamaqdadır. 1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlamışdır.

 Bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün adı zikr olunan təşkilata vermişdilər.

     Tarixi bir həqiqətdir ki, Azərbaycan və Türkiyə xalqları daima çətin günlərdə çiyin-çiyinə verərək qardaş köməyini bir-birlərindən heç vaxt əsirgəməmişlər. İlahi qədər bu iki qardaş ölkəni bir-birinə dərindən bağlamışdır. Belə ki, Azərbaycan dünyaya Türkiyə üzərindən, Türkiyədə Qafqazlara və Orta Asiyaya Azərbaycan üzərindən açılmaqdadır. Yəni mərhum Prezidentimiz Heydər Əliyevin “Biz Bir Millət İki Dövlətik” sözü tarixən özünü göstərmişdir. Bu birlikdəlik sadəcə iqdisadi cəhətdən deyil, milli-mənəvi cəhətlərdə də birlikdəliyi özü ilə gətirmişdir.

     Qardaşlıq hissələrinin Azərbaycan-Türkiyə hətta türk dünyası üçün əhəmiyyətini və təsirini hər zaman canlı tutmaq və gələcək nəsillərə çatdırmaq üçün Türk Əməkdaşlıq və Koordinasyon Ajansı Başkanlığının (TİKA) və Gəncliyə Yardım Fondu’nun  təşkilatçılığında “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ adlı bir layihəni reallaşdırmaq qərarına gəlmişdir. Layihə çərçivəsində, adı çəkilən jurnal transliterasiya edilmiş, Türkiyə türkcəsinə uyğunlaşdırılmış və daha sonra nəşr olunmuşdur.

     Bu səbəblə baş tutacaq simpoziumda da  əsas məqsəd yetişməkdə olan gənc nəsilə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir. Eyni zamanda biz inanırıq ki xeyriyyəçiliyin təbliği sahəsində atılan bu addım bugünki xeyirsevər həmvətənlərimizin də uğurlu fəaliyyətlərində stimul yaradacaqdır. Bununla belə adı keçən bu layihə Türkiyə ilə dərin tarixi, mədəni, din və dil əlaqələri olan Azərbaycanla yaxın dövrdə də bu bağların güclənməsində tarixən var olan qardaşlıq və dostluq hisslərinin daha da möhkəmləşməsinə ciddi bir dəstək olacaqdır.

     “Keçmişdən Günümüzə Azərbaycan-Türkiyə Xeyriyyəcilik Əlaqələri QARDAŞ KÖMƏYİ adlı beynəlxalq simpozium 07.11.2012-ci il tarixində saat: 10:00-da Azərbaycan Dillər Universitetinin akt zalında (Bakı ş, R. Behbudov 60, Əsas Bina) keçiriləcəkdir. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcəkdir.

     Əlaqə üçün:

     Tel: (+994 12) 492 32 23 –  (+994 12) 493 02 93

    Təşkilat Komitəsi