Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Bakıda “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” simpoziumu keçirildi

1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlamışdır. Bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün adı zikr olunan təşkilata vermişdilər.

Qardaşlıq hissələrinin Azərbaycan-Türkiyə hətta türk dünyası üçün əhəmiyyətini və təsirini hər zaman canlı tutmaq və gələcək nəsillərə çatdırmaq üçün Türk Əməkdaşlıq və Koordinasyon Ajansı Başkanlığının (TİKA) və Gəncliyə Yardım Fondu’nun  təşkilatçılığında “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ adlı bir layihəni reallaşdırmaq qərarına gəlmişdir. Layihə çərçivəsində, adı çəkilən jurnal transliterasiya edilmiş, Türkiyə türkcəsinə uyğunlaşdırılmış və daha sonra nəşr olunmuşdur.

Simpoziumu Dillər Univərsitetinin Rektoru  Millət vəkili Prof. Dr. Səməd Seyidov açıq elan edərək təşkilatçılara simpoziumun işində uğurlar arzuladı. Daha sonra  təşkilat komitəsi adından çıxış edən Millət vəkili Prof. Dr. Nizami Cəfərov görülən işlərin əhəmiyyətindən danışdı. Türkiyəli Millət vəkili Haluk İpək, Prezident admnistrasiyası İctimai-siyasi şöbənin məsul işçisi Rasim Mirzəyev, Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri İsmail Alper Coşkun, TİKA Başqanı Dr. Serdar Çam, Azərbaycan Respublikası QHT Dəstək Fondu Başqan Yardımçısı  Fərasət Qurbanov və Xalq Yazıçısı Anar öz çıxışlarında iki qardaş dövlət arasındakı qardaşlıq münasibətlərinin əbədi olacağından danışdılar.                                                                                  

Bu səbəblə baş tutan simpoziumda çıxış edən Prof. Dr. Cahid BALTACI Türk İslam Dünyasında Xeyriyyəçilik, Prof. Dr. Firdövsiyyə  ƏHMƏDOVA Türk Dünyasında Örnək Bir Xeyriyyəçi Kimi Zenyəlabidin Tağıyev, Prof. Dr. Betül ASLAN Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və Qardaş Köməyi, Dr. Əhməd NİYAZOV Azərbaycanda Vəqflər (Dünəni, Bugünü və Sabahı), Prof. Dr. Minəxanım NURİYEVA Tariximizdə Azərbaycan Qadınlarının Xeyriyyəçilik Fəaliyyətləri,   Mazhar BİLGİN Türkiyədəki Qeyri Hökumət Təşkilatları və Onların Beynəlxalq Fəaliyyətləri,    Dr. Alican TATLI Mədəniyyət Tariximizdə Xeyriyyəçilik     adlı mövzularla qonaqlara geniş məlumat vermişdilər.                                               

Eyni zamanda simpoziumdan  əsas məqsəd yetişməkdə olan gənc nəsilə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir. Eyni zamanda biz inanırıq ki xeyriyyəçiliyin təbliği sahəsində atılan bu addım bugünki xeyirsevər həmvətənlərimizin də uğurlu fəaliyyətlərində stimul yaradacaqdır. Bununla belə adı keçən bu layihə Türkiyə ilə dərin tarixi, mədəni, din və dil əlaqələri olan Azərbaycanla yaxın dövrdə də bu bağların güclənməsində tarixən var olan qardaşlıq və dostluq hisslərinin daha da möhkəmləşməsinə ciddi bir dəstək olacaqdır.

Mətbuat şöbəsi