Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil…
Davamını oxu...

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

“Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirildi

alt     Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondunda  “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirilib.

     Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir.

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.

Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu və Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası  Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının rəhbərliyi altında Beynəlxalq Əlillər Günü münasibətilə “Sən tək deyilsən” devizi altında qayğıya möhtac insanlarla görüş keçirilib.

Tədbiri açıq elan edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbirdə bildirib ki, dünyada yaşayan əlillərin dərdlərini, hisslərini bölüşmək hər kəsin vətəndaşlıq borcudur. "Bəzi insanlar fiziki cəhətdən qüsurlu olurlar, bəlkə də bu, Tanrının sınağıdır. Amma əsas olan odur ki, həmin şəxslər ruhi cəhətdən sınmasınlar. Və bunun üçün onlara daimi qayğı və dəstək lazımdır", - o deyib. Fondun prezidenti vurğulayıb ki, bəzi fiziki qüsurlu insanların həyatda apardığı mübarizə tam sağlam insanların mübarizəsindən qat-qat artıq olur.

Görüşdə Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi cənab Rasim Mirzəyev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin məsləhətçisi Abil Qədirov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vüqar Nəsibov, Millət vəkilləri Fazil Qəzənfəroğlu, Sevinc Hüseynova, Etibar Hüseynov, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətinin sədri cənab Davud Rəhimov, Gözdən Əlillər cəmiyyətinin sədri cənab Səmyar Abdullayev və Qarabağ Seyid Ocaqlarının sədri Seyid Camal Əzimbəyli çıxış edərək əlillərə qarşı göstərilən dövlət qayğısından danışmışlar.

Görüş əsnasında “20 əlilə əlil arabası”,  “50 əlilə əlil ağacı” “50 gözdən əlilə əlil çəliyi” verilib. Tədbirdə  hökümət, QHT və KİV nümayəndələri də iştirak ediblər.

alt

alt

alt

alt

alt

alt

alt

alt

alt

alt

alt

alt

alt

alt

alt