Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Mühüm Əməkdaşlıq Memorandumuna İmza Atdı

Hər zaman Azərbaycan xalqının mənafeyinə uyğun fəaliyyətlər həyata keçirən Gəncliyə Yardım Fondu yenə də bir uğurlu fəaliyyətə dəstək oldu və əməkdaşlıq memorandumu imzalandı.

Bu memorandum Azərbaycan Respublikası Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai  Birliyinin nəzdində nəşr edilən “Məhkum və Cəmiyyət” qəzetinin aylıq nəşri ilə bağlı Gəncliyə Yardım Fondu ilə əməkdaşlıq əlaqələrinin rəsmiləşdirilməsi məqsədi daşıyır. Birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn Məhkum və Cəmiyyət qəzetinin məqsədi isə aşağıdakılardı:

- Azadlıqdan məhrum edilmiş insanların maarifləndirilməsi.

- Məhkumları Respublikamızda baş verən inkişafdan xəbərdar etmək.

- Xüsusi ədəbi istedadı olan məhkumların yaradıcılıq fəaliyyətinə dəstək.

- Məhkumları milli və vətənpərvərlik ruhda təlimatlandırmaq.

- Məhkumları dünyada və ölkəmizdə baş verən önəmli hadisələrdən xəbərdar etmək.

- Məhkumların asudə zamanlarını faydalı keçirə bilmələri üçün onları dəyərli məlumatlarla təmin etmək.

-Psixoloji problemlərlə üzləşən məhkumlara mənəvi dayaq olmaq.

Qəzetin nəşr edilmə vaxtları, sayı, xəbərlərin seçilməsi və mahiyyəti.

-           Qəzet hər ayda bir dəfə olaraq həmin ayın 15-ə kimi hazırlanıb Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə təhvil veriləcəkdir.

-           Qəzetdə yer alan xəbərlər ölkədaxili və xarici etibarlı xəbər agentliklərinə istiand edilərək veriləcəkdir.

-           Qəzet səggiz səhifədən və yeddi (məmləkət, xəbər, sağlam həyat, inam-iman, oxu və düşün, bizdən sizə-sizdən bizə, idman və asudə vaxt) bölmədən ibarət olacaqdır.

-           Qəzetdə yer alan xəbərlər siyasi və qərəzli mövqe daşımayacaqdır.

-           Məhkumlar tərəfindən redaksiyamıza göndərilən şeir, məqalə və məktublar rəhbərlik tərəfindən uyğun bilinərək qəzetimizin “bizdən sizə-sizdən bizə” rubrikasında nəşr ediləcəkdir.