Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Bayraq Günü Münasibəti İlə GYF-də “Gənclərə Yön Verən Dəyərlərimiz” Adlı Seminar Keçirilib

9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan…
Davamını oxu...

Nəsiminin 650 İlliyinə Həsr Olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib

Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Kitablar İşıq Oldu - “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı

Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq…
Davamını oxu...

GYF-də Şanlı Tariximizdə Silinməz İz Qoyan “Qafqaz İslam Ordusu” Yad Edildi…

16.09.2013-cü il tarixində Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında təşkil edilən nahar yeməyində T.C. Böyük Millət Məclisinin üzvü Sinan Oğan, Türkiyə Aydınlar Ocağının başqanı İbrahim Öztek, Bakının erməni işğalından azad edilməsində müstəsna xidmətləri olan Kazım Karabekir Paşanın qızı Timsal xanım, TADEF başqanı, sabiq Millət vəkili Aziz Kaygusuz, “Uluslararası Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırmalar mərkəzinin sədri Seyfettin Ayakyay, habelə daha 8 nəfər hörmətli qonaq iştirak etmişdir. Türkiyədən gəlmiş qonaqlar və Millət vəkili, professor Musa Qasımlı Gəncliyə Yardım Fondunun qonağı olub.

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin dəvətilə Bakıda keçirilən “Qafqaz İslam ordusu” nun Bakının bolşevik-daşnak işğalından azad etməsinin 95-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün gələn qonaqlar fondun fəaliyyəti ilə yaxından tanış olublar.

Fondun kollektivi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

Yemək süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. Gəncliyə Yardım Fondunun prezidenti qonaqlara Qarabağ həqiqətləri haqqında geniş məlumat verib.

Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildirdilər və Gəncliyə Yardım Fonduun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışdılar.

Görüşün sonunda qonaqlara qarşılıqlı hədiyyələr o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar  təqdim edilib və xatirə şəkilləri çəkilib.