Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

TRT Bakı Təmsilçisi GYF-ni Ziyarət Etdi

altArtıq iki ildir ki, Azərbaycanda fəaliyyət göstərən və bu günlərdə fəaliyyət müddəti başa çatan TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan bu gün Gəncliyə Yardım Fondunun qonağı olub. Fond rəhbərliyi ilə görüşən Y. Dəyərcan Azərbaycanda görülən işlərdən və bu fəaliyyətlərin hər iki dövlət üçün əhəmiyyətindən danışıb. Y. Dəyərcan eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu vurğulayıb: “Hansı vəzifədə olmağımdan asılı olmayaraq iki vətənim üçün çalışmağa davam edəcəyəm”.  deyə bildirib.

Görüşdə iştirak edən TRT-nin yeni Bakı  təmsilçisi Emrah Timurçin Yazıcı da Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondu ilə bundan sonra da birgə həyata keçirəcəkləri layihələr və bu ləyihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafında böyük rolu olacağını qeyd edib.

Qeyd edək ki, TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan TRT-də yeni vəzifəyə təyin edilib. Y. Dəyərcan TRT-nin xarici əlaqələr şöbəsində sədr müavini olaraq fəaliyyətə başlayacaq. Səlahiyyət müddəti dekabrın 6-da sona çatan Y. Dəyərcan yeni vəzifəsinin icrasına dekabrın 9-da Ankarada başlayacaq.

Görüşün sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Yüksel Dəyərcana Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində fondun xeyriyyə fəaliyyətlərinin işıqlandırılmasında yaxından iştirakına görə təşəkkür məktubu təqdim edib və qonaqlarla xatirə şəkili cəkilib.

alt

alt