Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın…
Davamını oxu...

Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
Davamını oxu...

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu 20 Yanvar faciəsinin XXIV ildönümünə həsr edilmiş bir sıra tədbirlər həyata keçirəcək

Hər bir xalqın tarixində azad və müstəqil yaşamaq üçün dönüm nöqtəsi hesab olunan tarixlər və bu azadlıq, müstəqillik uğrunda öz şirin canlarından keçmiş qəhrəman övladları olmuşdur. Məhz belə qəhrəmanlar zamanın axarında əsla unudulmur və tarixin yaddaşına azadlıq uğrunda axıtdıqları müqəddəs qanları ilə adlarını yazdırmış 20 yanvar şəhidləri də məhz xalqımızın yaddaşında daima belə yaşayacaqdır. Onların xatirələri həmişə ehtiramla yad olunmalıdır.

Bu ənənəyə sadiq qalaraq bu il də Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi” nin  Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu 20 yanvar şəhid ailələrini bir  araya toplayaraq onlara azadlığımız uğrunda verdikləri itkidən ötrü başsağlığı, səbr, mətanət və vüqarlı olmağı diləyəcək. Tədbirdə  hökümət, QHT və KİV nümayəndələri də iştirak edəcəklər.

Görüşün sonunda əvvəlcədən “20 Yanvar Fondu” tərəfindən Türkiyənin “İstanbul Beynəlxalq  Qardaşlıq və Yardımlaşma Dərnəyi” nin  Azərbaycandakı Nümayəndəliyinə və Azər­bay­can Respublikası Gəncliyə Yardım Fonduna təqdim olunmuş siyahılara əsasən 180 şəhid və əlil ailəsinə ailəsinə ərzaq-qida yardımı paylanacaqdır.

Bununla bərabər Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Birliyi ilə birgə 17 yanvar 2014-cü il tarixdə saat 12:00-da Gəncliyə Yardım Fondunun konfrans zalında 20 yanvar faciəsinin XXIV ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda tədbir keçirəcəkdir.

     Tədbirdə 20 yanvar faciəsini əks etdirən rəsm sərgisi, 20 yanvar faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına həmin faciəni əks etdirən tam məlumatların yollanması, 20 yanvar faciəsini əks etdirən videoçarxın göstərilməsi və həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, dövlət və qeyri hökumət təşkilatlarının nümayəndələrinin çıxışı olacaqdır.

     “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II və III yerləri tutmuş və fərqlənmiş uşaqlar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və pul mükafatları ilə təltif olunacaqlar.

     Mükafat fondu:

     I yer – 70 manat

     II yer – 50 manat

     III yer – 30 manat

     Əlavə Fərqlənmiş 8 yer (IV-X) – 10 manat