Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın…
Davamını oxu...

Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
Davamını oxu...

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

“Mənim bayrağım” müsabiqəsinin qalibləri mükafatlandırıldı Tədbir

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gəncliyə Yardım Fondu fondununu Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, millət vəkili Kamilə Əliyeva, bəstəkar Sevinc Tofiqqızı, şair Vaqif Nəcəfzadə, şagirdlər və valideyinlər iştirak etmişdirlər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxumaqla acıq elan olunub.

Konfransı giriş sözü ilə açan Raqif Abbasov tədbirin əhəmiyyətindən söz açıb, müsabiqənin 2 mərhələdə keçirildiyini bildirib: "Məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsidir. Dövlət Bayrağı ən böyük mənəvi dəyər, müstəqilliyimizin, Azərbaycançılığın rəmzidir".

Daha sonra Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim belə çıxış etdi.

Bir milləti millət edən dəyərlərin başında milli və mənəvi dəyərlər gəlir. Her milletin müqəddəs saydığı və uğrunda mübarizə apardığı dəğərlər vardır.

Bunlar: Dil, din, tarix, torpaq və bayraqdır. Bunların her biri digərindən qiymətli  dəyərlərimizdir. Millətlər bu dəyərlər yaşadıqca var olarlar. Bayraqda bu dəyərlərin başında gəlir. Bayraq bir millətin müstəqilliyinin rəmzidir. Bayraq her bir millətin mənəvi varlığını təmsil edər. Bunun üçün bayraq müqəddəsdir ki, bayragı canımızdan daha dəyərli sayırıq.

Şəhidlərimiz bu bayrağın kölgəsində can vermişlər. Şairlərimiz dərin mənalı misralarla ifadə etmişdirlər.

Azərbaycanın üç rəngli bayrağını Qarabağda dalğalandıracaq Mübariz misalı siz gəncləri canı-könüldın salamlayır və sözlərimi bu misralarla tamalayıram.

  Bayraqlar Bayaq edən üstündəki qandır.

Torpaq, əgər üstündə ölən varsa vətəndir.

Bundan sonra çıxış edənlər, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, millət vəkili Kamilə Əliyeva Azərbaycan gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi əvəz olunmaz işlərlə gənclərə doğru yol göstərdiyini diqqətə çatdırıblar.

 Vurğulanıb ki, Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdırlar.

 Daha sonra mükafatlandırma mərasimi keçirilib.

 İlk öncə “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabi­qəl­ə­rində fərqlənmiş 8 şagird, sonra isə qaliblər müakafatlandırılıblar.

 

İnşa-yazı müsabiqəsinin qalibləri:

1-ci yer - Narıngül Hacıyeva -165 saylı orta məktəb (Xətai)

2-ci yer - Fidan Kərimova -301 saylı orta məktəb (Binəqədi)

3-cü yer - Şərqiyyə Məmmədova -20 saylı orta məktəb (Yasamal)

 

Şer müsabiqəsinin qalibləri:

1-ci yer - Rauf Əliyev -42 saylı orta məktəb (Nəsimi)

2-ci yer -Ofeliya Nəbiyeva -229 saylı orta məktəb (Nizami)

3-cü yer - Mədinə Məmmədli -204 saylı orta məktəb (Xətai)

Sonda Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova xatirə hədiyyəsi təqdim edib və şagirdlərlə birlikdə şəkil çəkdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Dövlət Bayrağı gününun geniş qeyd edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7-ci bəndinin icrası, orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, yeniyetmə və gənclər arasında Dövlət atributlarının təbliği, istedadlı şagirdlərin şeir və inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.