Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın…
Davamını oxu...

Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
Davamını oxu...

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

“İstedadlı Gənclərimiz” Gürcüstanda oldu

Azərbaycan Respublikası Gəncliyə Yardım fondunun dəstəyi ilə bir qrup istedadlı gənc Gürcüstanda oldu. Bayram tətilinə təsadüf edən gəzinti zamanı Tiflis, Rustavi, Qardabani və Marneuli şəhərlərinə baş çəkildi.

 Tələbələr Gürcüstanın tarixi, mədəni və iqtisadi mərkəzi olan Tiflisin rəmzi sayılan Kür çayının sahillərini, 150 illik tarixi olan Tiflis cümə məscidini və ona yaxın yerləşən ümummilli lider Heydər Əliyevin adına olan parkı,  tarixi “Narın” qalanı, Gürcüstanın ən böyük parkı olan “Vaqe”-ni, gözəl mənzərəsi olan “Tısbağa” gölünü, məşhur Tiflis hamamlarının yerləşdiyi tarixi ərazini və s. yerlərlə gəzib tanış oldular və bol-bol şəkil çəkdirdilər.

Gənclərimizin Gürcüstanda yaşayan soydaşlarımızla görüşmələri də onlar üçün ayrı bir sürpriz oldu. Soydaşlarımız gənclərimizi çox xoş qarşıladılar və Gürcüstan haqqında öz bildiklərini onlarla bölüşdülər. Martın 25-i səhər başlayan gəzinti, 28-i səhər Marneulidən Bakıya yola düşməklə sonlandı.