Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İllik Hesabatı Tədbiri ‎Keçirilib

10.12.2018-ci il tarxində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin illik hesabat tədbiri keçirilib. Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycan…
Davamını oxu...

Xalq Artisti Alim Qasımov GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımovanın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına…
Davamını oxu...

Onun Həyatında Yeni Səhifə Açıldı

01.12.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Goranboy rayonunda I qrup əlilliyi olan Həsənov Ramin Müharib oğlunu ziyarət edib. Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Həsənov Ramin Müharib oğluna…
Davamını oxu...

Məşhur Yazıçı Elxan Elatlı GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın milli bestseller müəllifi olan məşhur yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlının Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif…
Davamını oxu...

Samsun Canik Bələdiyə Başqanı Gəncliyə Yardım Fondunun Qonağı Olub

23.06.2015-ci il tarixində TİKA-nın dəstəyi ilə Bakıda keçirilən görüşlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Cumhuriyyəti Samsun Canik Bələdiyə Başqanı Osman Genç və rəhbərliyindəki heyət Gəncliyə Yardım Fondunun qonağı olub.

Fondun kollektivi ilə görüşən qonaqlara, günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

Çay süfrəsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilib. Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim qonaqlara Azərbaycanda görülən xeyriyyə işləri, Ramazan ayı ərəfəsində açılan iftar süfrələri və Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri haqqında geniş məlumat verib.

Qonaqlar Gəncliyə Yardım Fondunun bütün kollektivinə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürlərini bildiriblər və Fondun həyata keçirdiyi layihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıblar.

Görüşün sonunda qonaqlarla qarşılıqlı hədiyyələr, o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar təqdim edilib və xatirə şəkilləri çəkilib.