Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

TUDİFAK-ın dekanı Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

‎“Sabahlara Ümid Ol” Layihəsinin İcrasına Başlanıldı

Bu gün Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur.…
Davamını oxu...

Bakıda Çanaqqala Şəhidləri Yad Edildi

Çanaqqala zəfərinin 104-cü il dönümü münasibətilə Bakıda türk şəhidliyi abidəsi ziyarət olunub. Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyinin əməkadaşlarının, Türk iş adamlarının və mətbuat nümayəndələrinin olduğu ziyarətdə Gəncliyə Yardım Fondunun rəhbərliyi…
Davamını oxu...

GYF– də “Vətənpərvərlik Ruhu və Çanaqqala” Adlı Tədbir Keçirilidi. ‎

Bugün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlunun “Vətənpərvərlik ruhu və Çanaqqale” adlı…
Davamını oxu...

Onların sevinci bizim sevincimizdir...

PDF faylını alÇapE-poçt

Bu gün Gəncliyə Yardım Fondu  tərəfindən, sağlamlıq imkanları məhdud olan 2 gəncə əlil arabası verilib. Bunlardan biri Bakı şəhəri Xətai rayonunda yaşayan Həsənov Hikmət zöhrab oğlu, digəri isə Bakı şəhəri Suraxanı rayonunda yaşayan, Zəkəriyəyeva Cəmilə Mikayıl qızına verilib. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda, Gəncliyə Yardım Fondunun nümayəndələri tərəfindən şəxsən əlil arabaları ilə təmin olunublar. Həmin gənclərlə görüşən Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev görüş əsnasında qeyd edib ki, yardım etdiyimiz insanların sevinci, bizim sevincimizdir.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu son iki ayda  ümumilikdə 31 nəfər əlilliyi olan şəxsləri əlil arabası ilə təmin edib. Müvafiq hallarda bölgələrdə yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, əlil arabaları həmin insanların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunur.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar (arayış) verildiyi halda əlil arabası ilə təmin olunurlar.