Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil…
Davamını oxu...

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

Zaqatalada Sağlamlıq İmkanı Məhdud 36 Vətəndaşa Əlil Arabası ‎ Təqdim Olunub

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti iyulun 19-da Zaqatala rayonunda əlil arabalarına ehtiyacı olan vətəndaşlara 36 əlil arabası təqdim edib. Əlil arabalarının 28-i Zaqatala, 8-i isə Balakən rayonunun vətəndaşlarına təqdim olunub.

Bu münasibətlə Zaqatala şəhərində keçirilən tədbiri “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin sədri Gülbəniz Bayramova açaraq, 1998-ci ildən fəaliyyət göstərən cəmiyyətin Azərbaycanın bütün şəhər və rayonlarında əlillərin sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirdiyini, əlil arabalarına, səhhəti ilə bağlı cərrahiyyə əməliyyatlarına ehtiyacı olan insanlara kömək göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkəmizdə yaşayan hər bir əlilin dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, hazırda rayonda 7 min 490 əlil yaşayır. Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da əlilliyi olan şəxslərin sağlamlıqlarının qorunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Əlillər mənzillərlə, minik avtomobilləri və əlil arabaları ilə təmin olunur, onların cəmiyyətə inteqrasiyasına xüsusi diqqət göstərilir. Son dövrlər sağlamlıq imkanı məhdud olan 10 nəfər rayon sakini rayon icra hakimiyyətinin birbaşa köməyi sayəsində əlil arabası ilə təmin olunub.

Rayon icra hakimiyyətinin başçısı rayonda yaşayan və əlil arabalarına ehtiyacı olan insanların problemlərinin həllinə göstərdiyi köməyə görə “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti və Gəncliyə Yardım Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim çıxış edərək son günlərdə Türkiyədə baş verən, şər güclərin də dəstəyi ilə əsgər qiyafəsinə girmiş üsyançı dəstənin dövlət çevrilişinə cəhd hadisələrini pisləyib. O öz çıxışında bu hadisələr zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Hörmətli Rəcəb Tayyib Ərdoğanın dirayəti, təhlükəsizlik əməkdaşlarının cəsarəti, güclü Türk Silahlı Qüvvlərinin qəhrəman əsgərləri və Türk millətinin ortaya qoyduğu yenilməz əzmindən və şücaətindən danışıb, vətənin istiqrarı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib. O qeyd edib ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının son hadisələri Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayət adlandırması və Türkiyə hökumətinə öz dəstəyini bildirməsi iki dövlət arasında olan  qardaşlığın ən böyük təcəssümüdür. Natiq öz çıxışında əliliyi olan insanlara dövlət qayğısına diqqət çəkib və bu sahədə görülən işlərdən danışıb.

Daha sonra Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı şəhəri üzrə proqram koordinatoru Mustafa Haşim Polat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Saday Abdullayev çıxış edərək, ölkəmizdə sağlamlıq imkanı məhdud insanların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Sonra əlillərə arabalar təqdim olunub. Əlil arabası alan 9 yaşlı Məsud Babayevin nənəsi Pəri Babayeva göstərilən diqqət və qayğıya görə əlil ailələri adından dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirin sonunda “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti tərəfindən əlil arabası alan hər bir vətəndaşa ərzaq bağlaması təqdim olunub.