Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyə Cumhuriyyətinin Rəsmiləri Gəncliyə Yardım Fondunun ‎Qonağı Olub

16-20 Noyabr 2017-ci il tarixlərində  “Türk filmləri həftəsi” çərçivəsində Bakıda səfərdə olan  Türkiyə Cumhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu, AK Parti Ordu Millət Vəkili Metin Gündoğdu və o cümlədən T.C…
Davamını oxu...

GYF-nun İdarə Heyəti TRT Bakı Koordinatorunu Ziyarət Edib

10.11.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış TRT Bakı Koordinatoru  Murad Akkoçu ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Murad Akkoç…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondunun və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Bayraq Günü Münasibəti İlə Ağdamda Görüş Keçirilib

06 noyabr 2017-ci il tarixində “Bayraq günü” münasibəti ilə Gəncliyə Yardım Fondunun dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində, Ağdam rayonu Quzanlı…
Davamını oxu...

İrəvan: “Gizlədilmiş Həqiqətlər” Adlı Sənədli Filmin Təqdimatı Olub

21 Dekabr 2016-cı il tarixində,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan: gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi olub. Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, millət vəkilləri və Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib.

Sənədli film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və AMEA-nın Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, Tarix İnstitutu ilə birgə hazırlanan film arxiv materialları, elmi-tədqiqat və araşdırmaların üzərində qurulub.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qədim İrəvanın tarixi ilə bağlı məlumatlar daha təkmil açıqçalar formasında çap olunmalı, bukletləşdirilməli və turistik məkanlarda istifadə olunmalıdır.

Filmin əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır. Diqqətə çatdırılıb ki, dünya birliyi işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin dağıdılmasının qarşısının alınmasına çalışmalıdır.