Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyə Cumhuriyyətinin Rəsmiləri Gəncliyə Yardım Fondunun ‎Qonağı Olub

16-20 Noyabr 2017-ci il tarixlərində  “Türk filmləri həftəsi” çərçivəsində Bakıda səfərdə olan  Türkiyə Cumhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu, AK Parti Ordu Millət Vəkili Metin Gündoğdu və o cümlədən T.C…
Davamını oxu...

GYF-nun İdarə Heyəti TRT Bakı Koordinatorunu Ziyarət Edib

10.11.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış TRT Bakı Koordinatoru  Murad Akkoçu ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Murad Akkoç…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondunun və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Bayraq Günü Münasibəti İlə Ağdamda Görüş Keçirilib

06 noyabr 2017-ci il tarixində “Bayraq günü” münasibəti ilə Gəncliyə Yardım Fondunun dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində, Ağdam rayonu Quzanlı…
Davamını oxu...

GYF-da Xocalı Sakinləri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondu və Xocalı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş şəhidlərimizi anma programı” keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Xocalı Rayon İcra Hakiminin birinci müavini Vahid Əliyev, Prezident Administrasiyasının nümayəndəsi Rasim Mirzəyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin baş məsləhətçisi Cəlil Hacıyev, Türkiyənin Azəribaycandakı Səfirliyinin Din Hizmətləri Müşaviri Prof.Dr Kamil Günəş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov iştirak edib.

Qonaqlar, Xocalı faciəsini özündə əks etdirən sərgi ilə tanış olub. Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Azərbaycan-Türkiyə qardaşlığından danışaraq  “Azərbaycanın dərdi bizim dərdimizdir” deyə vurğulayıb. Erməni vandalizminin Xocalıda törətdiyi vəhşilikləri xüsusi olaraq qeyd edib. Xocalı Rayon İcra Hakiminin birinci müavini Vahid Əliyev çıxışı zamanı Xocalı sakinlərinin bu hadisələr zamanı  yaşadığı çətinliklərdən söz açaraq şəhid olanlara rəhmət, ailələrinə isə səbr arzulayıb. Sonra çıxış üçün söz Prezident Administrasiyasının nümayəndəsi Rasim Mirzəyevə verildi. Hörmətli natiq tarix boyu ermənilərin Azərbaycan xalqına törəkdikləri cinayətlərdən danışaraq bunun bariz nümunəsi kimi Xocalını göz önündə olduğunu vurğuladı. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin baş məsləhətçisi Cəlil Hacıyev də çıxış edərək bildirdi ki, həmin gecə Xocalıda yaşanan hadisələr ictimaiyyətə yetərincə çatdırılmalıdır ki, erməni vandallarının törətdikləri bu cinayətlər haqqında dünya ictimaiyyəti yetərincə məlumatlı olsun. Türkiyənin Azəribaycandakı Səfirliyinin Din Hizmətləri Müşaviri Prof.Dr Kamil Günəş Xocalıda şəhid olanların ruhlarına dualar edərək bu kimi vəhşiliklərin yolverilməz olduğunu qeyd edib. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov çıxış edərək bildirdi ki, Xocalı tarixin qan yaddaşıdır və Xocalıda yaşanan hadisələr heç vaxt unudulmamalıdır.

Tədbirin sonunda  Xocalı sakini olan 150 məcburi köçkünə ərzaq yardımı 2 ehtiyac sahibi olan Xocalı sakininə isə əlil arabası təqdim olunub.