Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Gənclər Təşkilatlarının V Respublika Sərgisində Fəal Təmsil Olunub

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb. Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov,…
Davamını oxu...

‎“Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” – Kitabının Təqdimat Mərasimi Keçirilib

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Cümhuriyyət tarixinin tədqiqatçısı Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” kitabının təqdimat mərasimində iştirak edib. Türkiyənin Bakıdakı səfirliyində təşkil olunan mərasimdə qardaş ölkənin səfiri…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil…
Davamını oxu...

GYF-də Gənclərə “İş Axtarmaq Özü Belə Bir İşdir” Mövzusunda Təlim ‎Keçirilib

03 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının qonağı  İnsan Resusları üzrə mütəxəssiz, təlimçi Namiq Məmmədov olub. Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov tədbiri açıq elan edərək…
Davamını oxu...

‎“Şəhidlərimizin Övladları Bizə Əmanətdir”‎ Adlı Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XIV əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin  müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim aprel döyüşlərində və ümumiyyətlə vətənimizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhid ailələrinə başsağlığı verib və belə mərd oğullar yetişdirdiklərinə görə hər birinin valideyinlərinə təşəkkürünü bildirib. Şəhid ailələrinin bizlərə bir əmanət olduğunu bildirən natiq belə bir mərasim təşkil edərək onlara dəstək olduqlarını bildirib. Möhtərəm prezidentimiz Cənab İlham Əliyevin  şəhid ailələrinə göstərdiyi qayğıdan və Azərbaycanda şəhid ailələri üçün yaradılan imkanlardan söz açıb. Natiq çıxışı zamanı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu işə təşəbbüsündən və şəhid ailələrini daima diqqət mərkəzində olmasından, onlara verdiyi önəmdən danışıb. Ahmet Tecim eyni zamanda 15 iyulda baş verən xainlərin dövlət çevrilişindən danışaraq, bu azadlıq uğrunda canlarını fəda etmiş şəhidləri də rəhmətlə anıb. Mənfur niyyətli insanlar öz  xain planlarını türk xalqlarının dirənişi və ölkə başçılarımızın dözümlülüyü ilə heç vaxt yerinə yetirə bilməyəcəklərini qeyd edib

Daha sonra çıxış edən Millət Vəkili Qənirə Paşayeva fondun təşkil etdiyi xeyriyyə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və şəhid valideyinlərinin ən çox diqqət və qayğıya layiq insanlar olduğunu qeyd edib.

Türkiyə Cumhuruyyətinin Bakı Səfirliyinin Təhsil Müşaviri Abdulqafur Büyükfırat çıxışı zamanı keçən ilin aprel döyüşlərində Azərbaycanın mərd igid övladlarının canları bahasına torpaqlarını qoruduqlarını, ən uca zirvə olan şəhidlik zirvəsinə qalxdıqlarından söz açıb.

Şimali Kipr Türk Cumhuriyyətinin Bakı Nümayəndəsi Ufuk Turganer çıxışı zamanı bildirib ki, şəhidləri rəhmətlə andığını bildirib. Şəhid ailələrinə isə sizin dərdiniz, bizim dərdimizdir deyə vurğulayıb.

Xeyriyyə işlərində xanımlara daim köməklik edən QMİ-nin sədr müavini Qəmər xanım Cavadlı çıxış edərək bildirib ki, bu ənənəvi mərasim çox təqdirəlayiq bir haldır.

Tədbirdə çıxış edən TİKA-nın Bakı Koordinatoru Adəm Urfa bildirib ki, bu torpaqlar hər zaman mərd və igid övladlar yetişdirmişdir.

Sonda çıxış edən şəhid Əbdulməcid Axundovun anası Ceyran Axundova torpaqlarımızın suverenliyi uğrunda lazım gələrsə əlinə silah alıb döyüşməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 Arzunu Gerçəkləşdir”, “101 Ehtiyac Sahibi Ailəyə Yardım”   “Körpələri Sevindirək”, “Ümidsizlərin Ümidi Ol!”, “Bir Həyata Yol Ver!”  kimi layihələrə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.

Tədbirin sonunda GYF rəhbərliyi və rəsmilərlə şəhid ailələrinin görüşü keçirilib.

Hər kəsi  3  gün davam edəcək xeyriyyə sərgimizə dəvət edirik.