Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-nin ənənəvi iftar proqramları başladı

Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif…
Davamını oxu...

Bu Ramazan Onun Üçün Fərqli Olacaq

14.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin müraciətinə əsasən Bərdə rayonu  Şahvallar kənd sakini Süleymanov Umud Əkbər oğluna əlil arabası təqdim edib.…
Davamını oxu...

Heydər Əliyev və Müstəqi Azərbaycan Mövzusunda ‎Konfrans Keçirilib

8 May 2018-ci il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 95-cü ildönümünə həsr olunmuş…
Davamını oxu...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Mübariz ‎Qurbanlı Osman Nuri Topbaşla Görüşüb

May ayının 7-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Davamını oxu...

GYF-də Azərbaycanda Tanınmış Biznes Konsultant, Peşəkar idarəçi Fəxri Ağayevlə Gənclərin ‎Görüşü Oldu

08 aprel  2017-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Bakı İstedadlı Gənclər Akademiyası” layihəsi çərçivəsində gənclərimizin görüşünə Azərbaycanda tanınmış Biznes Konsultant, Peşəkar idarəçi Fəxri Ağayev gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev Fəxri Ağayev haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında Fəxri bəyə məlumat verdi.

 Fəxri bəy, Motivasiya, Biznes və Peşəkar idarəçiliklə bağlı tələbələrimizə konfrans verdi. Qonaq, Seminar çərçivəsində Azərbaycanda müstəqillikdən sonra yaranan biznes fəaliyyətində olan problemlər, sonrakı inkşaf və dünyada son illər mövcud böhrandan əvvəl və sonra biznes fəaliyyətində olan idarəçilik fərqləri haqqında gənclərə praktiki bilgilər verdi. Aktiv suallı-cavablı keçən tədbirdən Tələbələr çox məmnun ayrıldılar.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.