Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyənin Məşhur Yazıçıları GYF-də Gənclərlə Görüşüb

24.04.2018-ci il tarixində “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan bir qrup Türkiyəli yazar Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans…
Davamını oxu...

‎“Kitab Tutan Balaca Əllər” Layihəsi Çərçivəsində ‎‎3 min Şagirdə 9 Adda Kitab Hədiyyə Edilib ‎

Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində…
Davamını oxu...

Nobel Mükafatı Laureatı Aziz Sancar Gənclərlə Görüşüb

T.C. Bakı Böyükelçiliyinin təşkilatçılığı ilə Nobel Mükafatı Laureatı Aziz Sancar Azərbaycanda təhsil alan müxtəlif universitetlərin tələbələri ilə görüşüb. Tədbirdə Gəncliyə Yardım Fondunun Gənclik Akademiyasının tələbələri də iştirak edib.

Dr. Aziz Sancar tələbələr qarşısında çıxış edərək həyatda uğur qazanmağın ən başlıca formulları haqqında maraqlı məlumatlar verib. Azərbaycandan gələn təklifi düşünmədən qəbul etdiyini deyən alim Azərbaycanla Türkiyə arasındakı münasibətləri də yüksək qiymətləndirib. 

Dr. Aziz Sancar nöbel mükafatının böyük bir naliyyət olduğunu, ancaq hər şey olmadığını qeyd edib. Bunun üçün gənclərə vətənləri millətləri üçün faydalı işlər görməyi və bu yolda uğur qazanmaq üçün də  daha çox çalışmalarını tövsiyə edib.  Daha sonra Türk dünyasının fəxri olan alim, tələbələrin bir-birindən maraqlı suallarını cavablandırıb.

Biz də fürsətdən istifadə edib, Gəncliyə Yardım Fondu adından belə dəyərli insanla görüşə təşkilatçılıq etdiklərinə görə başda Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral olmaqla səfirliyimizin bütün əməkdaşlarına təşəkkür edirik.