Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

‎ Azərbaycandan Qardaş Türkiyənin Afrin Əməliyyatına Dəstək:‎ ‎“Qardaşlığımız Əbədidir” Adlı Tədbir Keçirilib

Türkiyənin Afrində başlatdığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri "Qardaşlığımız Əbədidir" devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradıb.
Davamını oxu...

GYF Rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ‎Yaradılmasının 6-cı ‎İldönümü İlə Bağlı Tədbirdə İştirak edib

13 fevral 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ‎Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir həyata keçirilib. Bu münasibətlə ‎Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət…
Davamını oxu...

BDU Jurnalistika Fakultəsinin Dekanı GYF-nin Qonağı Olub

08.02.2018-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Bakı Dövlət Universitetinin Tədris-teleradio studiyası əməkdaşı Ramin Rzayev və Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü, Gəncliyə…
Davamını oxu...

‎“Necə Öyrənək, Necə Öyrədək?” Seminarı Uğurla Başa Çatıb

İGEDER (İstanbul Gönüllü Eğitimciler Derneği) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkil etdiyi “Necə Öyrənək, Necə Öyrədək?” seminarı uğurla başa çatıb. İGEDER İdarə heyətinin sədri Nuri Özkan və…
Davamını oxu...

Bakıda “Türkiyədə Hərbi Çevrilişə Cəhd Və Beynəlxalq Münasibətlər” ‎Mövzusunda Tədbir Keçirilib

Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə Bakıda “Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət və hökümət nümayəndələri, beynəlxalq təşkilatların sədrləri, millət vəkilləri və Gəncliyə Yardım Fondunun əməkdaşları da iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdi ölkəsinin tarixindəki ən qanlı terror aktı kimi qiymətləndirib.

Səfir bildirib ki, Fətullah Gülənin müridləri 15 iyulda günahsız insanlara qarşı öldürücü silahlardan istifadə ediblər: “Nəticədə 250 vətəndaşımız şəhid oldu, 2000-dən çox vətəndaşımız yaralandı. Fətullah Gülənin Türkiyə ordusuna nüfuz edən müridləri Milli İstihbarat Təşkilatı, Türkiyə Böyük Millət Məclisinin binalarını bombalamaqdan çəkinmədilər, Türkiyə prezidentinə qarşı sui-qəsdə cəhd göstərdilər. 15 iyul Türkiyə demokratiyası üçün böyük imtahan idi. Türk milləti olaraq bu imtahandan üzü ağ çıxdığımız üçün qürur duyuruq. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq hamı demokratiya naminə birləşdi. Türk xalqı böyük bir dastan yazıb, öz gələcəyinə sahib çıxdı”.

Fətullahçı Terror Təşkilatının (FETÖ) riyakarlıq, gizlilik üzərində qurulmuş yeni bir terror təşkilatı olduğunu qeyd edən E. Özoral dövlət çevrilişinə cəhddən sonra Türkiyə dövlətinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü ifadə edib.

Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr olub. E. Nəsirov əlavə edib ki, türk xalqı öz prezidentinin ətrafında sıx birləşib mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan verməyib.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə bildirib ki, 15 iyul şanlı bir tarixdir: “Din şəriətdir, din mənəviyyatdır. Lakin din əsla siyasətə alət olmamalıdır. Türk milləti göstərdi ki, hakimiyyəti xalq seçir”.

Tədbir çıxışlarla davam etdirilib.

\