Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xəzər Universitetində Qafqaz İslam Ordusuna Həsr ‎Olunmuş Tədbir Keçirilib ‎

Xəzər Universitetində Bakının işğaldan azad olunmasının 100 illik yubileyinə həsr olunmuş tədbir ‎keçirilib.‎ Bu gün Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  keçirilən tədbirdə Xəzər universitetinin rektoru, Türkiyə və ‎Azərbaycan elm adamları,…
Davamını oxu...

YTB-nin Sədr Müavini Sayit Yusuf GYF-nin Qonağı Olub

Bu gün Azərbaycanda işgüzar səfərdə olan Yurtdışı Türkler ve ‎Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf və ‎Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının Azərbaycan ‎üzrə koodinatoru Gürkan Polat Gəncliyə…
Davamını oxu...

Qazqaz İslam Ordusunun 100 İlliyi İlə Əlaqədar Elmi Praktiki ‎Konfrans Keçirilib

15.09.2018-ci tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə təşkil etdiyi "Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik…
Davamını oxu...

Azərbaycanda Şəhid Türk Əsgərinin Şərəfinə Abidə Ucaldıldı

Bu gün Qobustan rayonu Acıdərə türk şəhidliyində 1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər qəzaların daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə…
Davamını oxu...

Azərbaycan Həmişə Olduğu Kimi, 15 İyul Hadisələri ‎Zamanı da Türkiyənin Yanında Olub

Ötən il iyulun 15-də bütün dünya türk xalqının vətənini müdafiə etmək üçün necə fədakarlıq göstərdiyinin və bunun üçün canından keçdiyinin canlı şahidi oldu. Türkiyədə həmin gün baş verən hadisələr heç vaxt unudulmayacaq. Həmin gecə türk xalqı dövlətinə və demokratiyaya sahib çıxmaqla dünyaya qüdrətini, əzəmətini və regionun ən güclü dövlətlərindən olduğunu bir daha göstərdi.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bildirib ki, ötən il ölkəsində baş verən xain çevriliş cəhdi Türkiyəyə qarşı ən böyük xəyanətlərdən biridir. 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə ediblər. Nəticədə 250 insan şəhid olub, 2000-dən çox insan isə yaralanıb. Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək öz gələcəyinə sahib çıxıb.

Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və bu dəstəyə görə xalqımıza və Prezident İlham Əliyevə təşəkkür edib. Biz Azərbaycanla olan qardaşlığımızdan böyük qürur duyuruq deyən səfir diqqətə çatdırıb ki, Türkiyə dövləti və milləti bundan sonra daha güclü olacaq.

İctimai Birliyinin sədri, “Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli deyib ki, türk xalqı həmin gün qətiyyətli mövqe ortaya qoyaraq, vaxtında həmin çevrilişin qarşısını aldı. Azərbaycan xalqı 1994-1995-ci illərdə ulu öndər Heydər Əliyevin çağırışı ilə çevrilişlərə yox dediyi kimi, türk xalqı da baş verən çevrilişə yox deyərək, Türkiyədə hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu ortaya qoyub. Qardaş Türkiyənin güclənməsi və inkişafı Azərbaycanı da sevindirir. Biz Türkiyənin bütün uğurlarına sevinirik.

Tədbirdə Milli Məclisin deputatları Hikmət Məmmədov və Elman Nəsirov qanlı hadisənin siyasi aspektlərindən söz açaraq vurğulayıblar ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr idi. Lakin bu qüvvələr xalqın iradəsinə bələd deyildilər. Türk xalqı öz Prezidentinin ətrafında sıx birləşərək bu qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədi.

Daha sonar çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Türkiyənin son on beş ildə yeni bir güc strukturuna çevrildiyini və bunu görən bəzi “qüvvələrin” gözünün götürmədiyini qeyd edərək buna mane olmağa çalışdıqlarını qeyd edib. Bu kimi addımların türk xalqının iradəsinin zəiflədilməsinə çalışıldığını qeyd edən natiq, bunu bacara bilməyəcəklərini qeyd edib. Heç şübhəsiz ki Türkiyənin artıq yeni bir yola çıxdığını və bu yoldan geri dönməyəcəyini xüsusi olaraq vurğulayıb.