Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyənin Məşhur Yazıçıları GYF-də Gənclərlə Görüşüb

24.04.2018-ci il tarixində “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan bir qrup Türkiyəli yazar Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans…
Davamını oxu...

‎“Kitab Tutan Balaca Əllər” Layihəsi Çərçivəsində ‎‎3 min Şagirdə 9 Adda Kitab Hədiyyə Edilib ‎

Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda 15 İyul Şəhidlərinin Anım Mərasimi ‎Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun  şəhid Ömər Halis Dəmir adına konfrans zalında 15 İyul 2016-cı il tarixində qardaş Türkiyədə dövlət çevrilişinə cəhd hadisələri zamanı milli iradə və vətən uğrunda canlarını fəda edən şəhidlərin anım mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşı ilə açıq elan edilib. Daha sonra müqəddəs Qurani Kərimdən şəhidlərin ruhuna ayələr oxunub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim o gecə baş verən hadisələrin Türkiyə dövləti və türk xalqı üçün tale yüklü əhəmiyyətindən danışıb. Türkiyə dövlətinin günü gündən bütün sahələrdə durmadan inkişafını gözü götürməyən qaragüruh qüvvvələrin dayanmadan türk xalqının gücünü və müqavimətini azlatmaq üçün mənfur planlar qurduğunu vurğulayıb. Ancaq bütün bunlara baxmayaraq natiq qeyd edib ki, türk xalqının birlik və bərabərliyi o cümlədən dünya arenasında öz sözünü deyə bilən lideri cənab Rəcəb Tayyip Ərdoğanın ətrafında sıx birləşməsi bütün planları alt-üst etmişdir və bu gündən sonra da baş verə biləcək hər hansısa bir təhlükə qarşısında bu birlik və bərabərlik davam edəcəkdir. Ahmet Tecim xüsusilə bu ədalət savaşında və çətin zamanlarda Türkiyə xalqının yanında Azərbaycan xalqının və Azərbaycan prezidenti cənab İlham Əliyevin olduğunu vurğulayıb. Bundan sonra da tarix boyu öz ululuğunu qoruyan türk milləti bir daha öz intibah dövrünü yaşayacaq və haqq sözünü hər yerdə deməyə davam edəcəkdir.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdüri Eldar Kərimov 15 iyul tarixində Türkiyədə baş verənləri fərqli aspektdən dəyərləndirib. O qeyd edib ki, bu hadisələrdən həm xarici qüvvələr həm də öz vətəndaşlarımız üçün götürəcəyimiz çox önəmli dərslər vardır. Bunlardan birincisi xalqın iradəsinin qarşısında heç bir qüvvənin dayana bilməyəcəyi həqiqətini dünya dövlətləri türk millətinin timsalında bir daha anlamışdır. İkinci çox önəmli xüsus xarici düşmənlərlə yanaşı hər zaman xalqımız millətimiz daxili düşmənlərini də yaxşı tanımalı və onların pis planlarının qarşısını vaxtında almalıdır. Üçüncüsü isə ondan ibarətdir ki, İslam dini hər zaman insanlara rəhmət, mərhəmət və şəfqəti əmr edir. Xəyanətdən, günahsız insan ölmündən uzaqlaşdırır. Ancaq 15 İyul hadisələri zamanı günahsız insanlar üzərində qətliyam törədənlər, dindən sui-istifadə edənlər və qəlblərində şəfqət və mərhəmət olmayanlardır.

İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadə də öz çıxışında 15 iyul hadisələri zamanı həm Türkiyə həm də Azərbaycan mətbuatında Türkiyə dövlətinə dəstək olan ədalətli qələm əhli jurnalistlərin gördüyü işlərdən danışıb. Daha sonra natiq dövlət çevrilişinə cəhd hadisələrinin gerçəkləşdiyi gecə qələmə aldığı “Darbe Nemruduna Dur Diyenlere” başlıqlı məqaləsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda 15 iyul hadisələrinə  həsr olunmuş demokratiya himni səsləndirilib və ehsan süfrəsi açılıb.