Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xəzər Universitetində Qafqaz İslam Ordusuna Həsr ‎Olunmuş Tədbir Keçirilib ‎

Xəzər Universitetində Bakının işğaldan azad olunmasının 100 illik yubileyinə həsr olunmuş tədbir ‎keçirilib.‎ Bu gün Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  keçirilən tədbirdə Xəzər universitetinin rektoru, Türkiyə və ‎Azərbaycan elm adamları,…
Davamını oxu...

YTB-nin Sədr Müavini Sayit Yusuf GYF-nin Qonağı Olub

Bu gün Azərbaycanda işgüzar səfərdə olan Yurtdışı Türkler ve ‎Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf və ‎Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının Azərbaycan ‎üzrə koodinatoru Gürkan Polat Gəncliyə…
Davamını oxu...

Qazqaz İslam Ordusunun 100 İlliyi İlə Əlaqədar Elmi Praktiki ‎Konfrans Keçirilib

15.09.2018-ci tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə təşkil etdiyi "Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik…
Davamını oxu...

Azərbaycanda Şəhid Türk Əsgərinin Şərəfinə Abidə Ucaldıldı

Bu gün Qobustan rayonu Acıdərə türk şəhidliyində 1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər qəzaların daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə…
Davamını oxu...

Gəncliyə Yardım Fondu 4000 Ailəyə Bayram Sevinci Yaşatdı

Gəncliyə Yardım Fondu bu il qurban fəaliyyətini Cocuq Mərcanlı kəndinin sakinlərini ilə birgə həyata keçirir. Cocuq Mərcanlıda sözün həqiqi mənasında bayram sevinci yaşanır. Belə ki, bu il kəsilən qurban ətlərinin bir hissəsi Cocuq Mərcanlı kəndinin sakinlərinə paylanıb.

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir.

Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2017-ci ildə fond xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirir.

GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Bu il də kəsilən 10 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin göstərişi ilə Cocuq Mərcanlı kəndinin sakinlərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəmintlı ailələrə paylanıb. O cümlədən ümumilikdə 4000 ailə bayram sevincini Gəncliyə Yardım Fondu ilə yaşayıb. Fondun mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanıb. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.

Qeyd: Qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz  məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.