Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyə Cumhuriyyətinin Rəsmiləri Gəncliyə Yardım Fondunun ‎Qonağı Olub

16-20 Noyabr 2017-ci il tarixlərində  “Türk filmləri həftəsi” çərçivəsində Bakıda səfərdə olan  Türkiyə Cumhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu, AK Parti Ordu Millət Vəkili Metin Gündoğdu və o cümlədən T.C…
Davamını oxu...

GYF-nun İdarə Heyəti TRT Bakı Koordinatorunu Ziyarət Edib

10.11.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış TRT Bakı Koordinatoru  Murad Akkoçu ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Murad Akkoç…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondunun və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Bayraq Günü Münasibəti İlə Ağdamda Görüş Keçirilib

06 noyabr 2017-ci il tarixində “Bayraq günü” münasibəti ilə Gəncliyə Yardım Fondunun dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində, Ağdam rayonu Quzanlı…
Davamını oxu...

Bakının Erməni-Bolşevik İşğalından Azad Olmasının 99 İlliyi Münasibətilə Tədbir ‎Keçirilib

13.09.2017-ci il tarixində Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi münasibətilə “Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib. 

Keçirilən tədbirdə ictimai birliyin sədri Emin Həsənli 99 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun paytaxta daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsindən  və “Bir millət iki dövlət” kontekstində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən danışıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışı zamanı Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, iki ölkə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə malikdir: “Bu gün Türkiyə ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Bəlkə də dünyada belə sıx dostluğa malik ölkələr yoxdur. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi dini, dili, soyu bir olan qardaş xalqlarıq. Bu, 1918-ci ildə də belə olub. Türkiyə Azərbaycanı yanında  gördükdə özünü daha güclü hiss edir. Bu gün bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyevə, prezident İlham Əliyevə təşəkkür edirik”.

Millət vəkili Hikmət Babaoğlu isə çıxışı zamanı qeyd ki, hər bir ölkənin tarixi ondan ibrət dərsi almaq üçün öyrənilməlidir: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin xüsusi rolu var. Qafqaz İslam Ordusu Azərbaycana gələrkən Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları ermənilərdən xilas etmiş oldu. Bu gəliş bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb”.

Daha sonra çıxış edən Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, 15 sentyabrda Bakının azad olunmasına  görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməli olduğumuzu qeyd etdi. 

Tədbir Gəncliyə Yardım Fondunu nümayəndə heyəti də  iştirak edib. Daha sonra tədbir digər iştirakçıların çıxışları ilə davam edib.