Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Cocuq Mərcanlıda İftar Süfrəsi Açılıb

04.06.2018-ci il tarixində Gəncliyə Yardım Fondu erməni işğalından azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Cocuq Mərcanlı sakinləri və əsgərlər iştirak edib.
Davamını oxu...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi...‎

30.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

‎ Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyi münasibəti ilə Təbrik Edirik!‎

‎100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.‎ ‎ ‎Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis ‎şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri ‎olduğu Azərbaycan Milli…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

22.05.2018 tarixində Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr…
Davamını oxu...

GYF-də Bilik Gününə Həsr Olunmuş Tədbir Keçirilib

Bu gün Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan ikisinin, Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə 2017-2018 tədris ilinə-Bilik gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabanda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gəlib və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizi ziyarət edib, məzarları üzərinə qərənfillər qoyublar.

Gəncliyə Yardım Fondunda keçirilən tədbirdə Ağcəbədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm Cənab İlham Əliyevin “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan  bizim ənənələrimiz olub,ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir-biz bu sahələrə böyük diqqət göstərməliyik” fikirləri ilə açaraq 15 sentyabr-Bilik Günü münasibətilə musiqi məktəblərinin kollektivlərini, eyni zamanda bütün təhsil müəssələrində çalışan və təhsil alan müəllimləri, tələbələri və şagirdləri təbrik edib. Natiq Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezident, YUNESKO və İSESKO-nun  xoşməramlı səfiri Mehriban Xanım Əliyevanın xidmətləri nəticəsində Azərbaycan muğamının, xalça sənətinin bu gün YUNESKO-nun mədəni irs siyahısında olmasını ölkədə mədəniyyətə xüsusi qayğının nəticəsi kimi qeyd edib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev Fondun xeyriyyə fəaliyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra tədbir iştirakıçların çıxışları ilə davam edib. Sonda bütün tədbir iştirakçılarına Gəncliyə Yardım Fondu tərəfindən milli qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanmış qeyd dəftərləri hədiyyə edilib.