Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyənin Məşhur Yazıçıları GYF-də Gənclərlə Görüşüb

24.04.2018-ci il tarixində “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan bir qrup Türkiyəli yazar Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans…
Davamını oxu...

‎“Kitab Tutan Balaca Əllər” Layihəsi Çərçivəsində ‎‎3 min Şagirdə 9 Adda Kitab Hədiyyə Edilib ‎

Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində…
Davamını oxu...

Bakıda Türk Şəhidliyi Abidəsi Ziyarət Olunub

Bakının işğaldan azad olmasının 99-cu ildönümü münasibətilə Bakıda türk şəhidliyi abidəsi ziyarət olunub.

Əvvəlcə abidə önünə əklil qoyulub. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb və hər iki ölkəni bu qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də Bakıda, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.

Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları da iştirak edib.