Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Azərbaycanlı Tələbələr Nuri Paşanın Qəbrini Ziyarət Edib

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. İki ölkənin…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Prezidenti Azərbaycan İlahiyyat İnstitutunun Rektoru ilə ‎Görüşüb

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan İlahiyyat İnstitutunun Rektoru Ceyhun Məmmədov ilə görüşüb. Ahmet Tecim yeni yaradılmış Azərbaycan İlahiyat İnstitutu münasibəti ilə İnstitutun rektoru Ceyhun Məmmədovu təbrik edib və…
Davamını oxu...

Yeri Gəlsə Qarabağ Üçün Döyüşməyə Hazırıq...‎

Bu ifadələri "100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclər səsləndirib. 05-08.07.2018-ci il tarixləri arasında Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət…
Davamını oxu...

Türkiyədən Gələn Tələbə Gənclərin Ziyarəti Davam edir…

"100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir. Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər…
Davamını oxu...

Cocuq Mərcanlıdan Bəhs Edən Kitabın və Filmin ‎Təqdimatı Olub

Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. 

Diqqətə çatdırılıb ki, son iki yüz ildə ermənilər tərəfindən mütəmadi olaraq zəbt edilmiş Azərbaycan torpaqlarının bir qismi ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı işğaldan azad edildi. O vaxt Füzuli rayonunun bir çox yaşayış məntəqələri, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alındı. Ötən ilin aprel döyüşləri nəticəsində qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini azad etməsi isə əhalinin Cocuq Mərcanlıya qayıdaraq rahat yaşamasına imkan yaratdı.

Prezident İlham Əliyevin iyunun 14-də Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak etdiyini deyən Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısı Cocuq Mərcanlıya səfəri zamanı burada 23 ildir yaşayan yeganə ailənin - Oqtay Həziyevin ailəsinin qonağı oldu. Uzun illər düşmən mərmisinin atəşləri altında yaşayan bu insanların şücaətini doğma torpağa və Vətənə bağlılıq nümunəsi kimi dəyərləndirdi.

Sonra “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı barədə məlumat verib.

Daha sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamından sonra kənddə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb, sakinlərin bu prosesdə fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Gəncliyə Yardım Fondunun Prezidenti, ölkəmizdə akkreditə olmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.