Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Suriya Türkmənlərinin Tanınmış Sənətçisi Adil Şanla görüşdə GYF ‎Nümayəndələri İştirak Edib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aradırmalar İctimai Birliyinin dəvətilə və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmənlərinin tanınmış sənətçisi, araşdırmaçı-yazarı, "Türkvizyon"un…
Davamını oxu...

GYF-Rəhbərliyi Beynəlxalq Tədbirdə İştirak Edib

Noyabrın 19-da Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası başlayıb. Tədbiri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan…
Davamını oxu...

Sosioloq Əhməd Qəşəmoğlu BİG Akademiyasının Gəncləri İlə ‎Görüşüb

17 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının ‎qonağı tanınmış sosioloq Əhməd Qəşəmoğlu olub. Elmi konfransda Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin koordinatoru Rüfət Şirinov, BİG Akademiyasının koordinatoru Şükür Əndəlifov,…
Davamını oxu...

GYF-Nümayəndələri Azərbaycan Gənclərinin VIII Forumunda İştirak Edib

Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib. Forumda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov,…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Onların Həyatına Sevinc Qatdı

10.10.2017-ci il tarixidndə Millət Vəkilləri Sona Əliyeva və Ülviyyə Ağayevanın təşkilatçılığı və Gəncliyə Yardım Fondunun aztəminatlı ailələrə yardım layihəsi çərçivəsində Gəncə, Şəmkir və Tovuz rayonlarından olan üç fiziki qüsurlu şəxsə əlil arabası təqdim olunub. Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevin və Millət vəkili Sona Əliyevanın şəxsən iştirakı ilə serebral xəstəliyindən əziyyət çəkən Gəncə şəhərindən olan Məmmədov Yasin Vüsal oğluna və Şəmkir şəhər Dəllər kəndinin sakini Əliyev İsmayıl Niyaməddin oğluna əlil arabaları ünvanında təqdim olunub. Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək dəyərləndirən Millət Vəkili Sona Əliyeva bu cür xeyriyyə işlərinə görə fond rəhbərliyinə dərin minnətdarlığını bildirib.

İkinci qrup əlil Tovuz rayon sakini Namazova İradə Tapdıq qızına da Gəncliyə Yardım Fondunun əməkdaşları tərəfindən əlil arabası təqdim olunub. Ehtiyyac sahibləri də eyni zamandan bu cür xeyriyyə işlərini yüksək qiymətləndirərək təşəkkürlərini bildiriblər.