Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-nin ənənəvi iftar proqramları başladı

Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif…
Davamını oxu...

Bu Ramazan Onun Üçün Fərqli Olacaq

14.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin müraciətinə əsasən Bərdə rayonu  Şahvallar kənd sakini Süleymanov Umud Əkbər oğluna əlil arabası təqdim edib.…
Davamını oxu...

Heydər Əliyev və Müstəqi Azərbaycan Mövzusunda ‎Konfrans Keçirilib

8 May 2018-ci il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 95-cü ildönümünə həsr olunmuş…
Davamını oxu...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Mübariz ‎Qurbanlı Osman Nuri Topbaşla Görüşüb

May ayının 7-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Davamını oxu...

Zaqatalada Orta Məktəblərin Şagirdləri Üçün Milli-Mənəvi Dəyərlərə Dair Təlimlərə ‎Start Verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Orta Məktəblərin Şagirdləri üçün Milli-Mənəvi Dəyərlərə Dair Təlimlərin Təşkili” adlı layihənin icrasına  başlayıb. Layihə çərcivəsində ilk olaraq Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin və Humanitar Fənlər Gimnaziyasının şagirdlərinə  maarifləndirmə seminarları keçirilib. Təşkil edilən seminarlarda orta məktəb müəllimləri və şagirdlər  iştirak edib.  Seminarlar orta məktəb rəhbərliyi tərəfindən təyin  edilmiş şagirdlərə təhsil mütəxəssisləri tərəfindən üç günlük periodlarla verilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular üç gün ərzində şagirdlərə təqdim ediləcək.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu layihə çərçivəsində Bakı, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlərə davam edir.