Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xəzər Universitetində Qafqaz İslam Ordusuna Həsr ‎Olunmuş Tədbir Keçirilib ‎

Xəzər Universitetində Bakının işğaldan azad olunmasının 100 illik yubileyinə həsr olunmuş tədbir ‎keçirilib.‎ Bu gün Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  keçirilən tədbirdə Xəzər universitetinin rektoru, Türkiyə və ‎Azərbaycan elm adamları,…
Davamını oxu...

YTB-nin Sədr Müavini Sayit Yusuf GYF-nin Qonağı Olub

Bu gün Azərbaycanda işgüzar səfərdə olan Yurtdışı Türkler ve ‎Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf və ‎Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının Azərbaycan ‎üzrə koodinatoru Gürkan Polat Gəncliyə…
Davamını oxu...

Qazqaz İslam Ordusunun 100 İlliyi İlə Əlaqədar Elmi Praktiki ‎Konfrans Keçirilib

15.09.2018-ci tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə təşkil etdiyi "Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik…
Davamını oxu...

Azərbaycanda Şəhid Türk Əsgərinin Şərəfinə Abidə Ucaldıldı

Bu gün Qobustan rayonu Acıdərə türk şəhidliyində 1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər qəzaların daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə…
Davamını oxu...

‎“Azərbaycan Respublikası-26 il” Adlı Tədbir Keçirilib

18 Oktyabr 2017-ci il tarixində Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Qanunun qəbul edilməsinin 26 illiyinə həsr olunmuş tədbir həyata keçirilib.

Tədbirin rəsmi hissəsinə başlamamışdan əvvəl  AMEA Arxeologiya və Etnoqrafiya İnstitundan AHTM-ə hədiyyə verilmiş qədim dövrə aid eksponantların təqdimatı olub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək tədbir açıq elan edilib.

Azərbaycan Hərb Tarixi Muzeyinin  rəisi ehtiyyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək müstəqillik illərində ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində  fəaliyyətindən danışıb.

Daha sonra müstəqillik gününə həsr olunmuş qısametrajlı film təqdim olunub. Tədbir qonaqların  çıxışları ilə  davam edib. Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları da iştirak edib.

Tədbirin sonunda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin nəznində fəaliyyət göstərən “Mahnı və Rəqs Ansanblının” solistlərinin ifasında hərbi vətənpərvərlik  mahnıları səsləndirilib.