Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Gəncliyə Yardım Fondunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. Tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi…
Davamını oxu...

Onun Həyatında Yeni Səhifə Açıldı

17.01.2018-ci il tarixində Kəlbəcər rayonundan olan məcburi köçkün İbrahimov Elşad Ələsdan oğluna əlil arabası təqdim olunub. Əlil arabası Gəncliyə Yardım Fondunun əməkdaşları tərəfindən İbrahimov Elşada hal-hazırda müalicə aldığı xəstəxanada təqdim…
Davamını oxu...

‎“20 Yanvar Faciəsi Xalqımızın Qəhrəmanlıq Salnaməsidir”‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin…
Davamını oxu...

Bakıda Orta Məktəblərin Şagirdləri üçün Milli-Mənəvi Dəyərlərə Dair Təlimlərə Start ‎Verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Orta Məktəblərin Şagirdləri üçün Milli-Mənəvi Dəyərlərə Dair Təlimlərin Təşkili” adlı layihənin icrasına  başlayıb. Layihənin  davamı olaraq Bakı şəhər Qaradağ rayon Lökbatan qəsəbəsinin 106, 139 və 233 saylı tam orta məktəbin şagirdlərinə  maarifləndirmə seminarları keçirilib. Təşkil edilən seminarlarda orta məktəb müəllimləri və şagirdlər  iştirak edib.  Seminarlar orta məktəb rəhbərliyi tərəfindən təyin  edilmiş şagirdlərə təhsil mütəxəssisləri tərəfindən üç günlük periodlarla verilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular üç gün ərzində şagirdlərə təqdim ediləcək.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu layihə çərçivəsində Bakı, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlərə davam edir.