Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Suriya Türkmənlərinin Tanınmış Sənətçisi Adil Şanla görüşdə GYF ‎Nümayəndələri İştirak Edib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aradırmalar İctimai Birliyinin dəvətilə və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmənlərinin tanınmış sənətçisi, araşdırmaçı-yazarı, "Türkvizyon"un…
Davamını oxu...

GYF-Rəhbərliyi Beynəlxalq Tədbirdə İştirak Edib

Noyabrın 19-da Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası başlayıb. Tədbiri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan…
Davamını oxu...

Sosioloq Əhməd Qəşəmoğlu BİG Akademiyasının Gəncləri İlə ‎Görüşüb

17 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının ‎qonağı tanınmış sosioloq Əhməd Qəşəmoğlu olub. Elmi konfransda Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin koordinatoru Rüfət Şirinov, BİG Akademiyasının koordinatoru Şükür Əndəlifov,…
Davamını oxu...

GYF-Nümayəndələri Azərbaycan Gənclərinin VIII Forumunda İştirak Edib

Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib. Forumda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov,…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondunun və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz , Aprel döyüşlərinin qazisi Natiq Mehdiyev, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İsiqlal marşı oxunub.

Tədbirdə qeyd olunub ki, məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsidir. Bayraq gününün əhəmiyyəti hər birimiz üçün hiss edilməlidir, bu müsabiqədə iştirak edən məktəblilərin hər birisi qalibdir və bu kimi müsabiqələr məktəblilərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və gələcəkdə elmli gənclərin fomalaşmasına zəmin yaradır. Dövlət Bayrağı ən böyük mənəvi dəyər, müstəqilliyimizin, Azərbaycançılığımızın rəmzidir. Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazır oldunduğu qeyd olunub.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. İlk olaraq “Mənim Bayrağım” mövzusunda keçirilən şeir müsabiqəsində I yer tutmuş Nərimanov Rayon 207 saylı orta məktəbin şagirdi Rzazadə Nadir və Xətai rayon 204 saylı orta məktəbin şagirdi  Məmmədli Mədinə, II yer tutmuş Xətai rayon 287 saylı orta məktəbin şagirdi Rzazadə Əbülfəz və Binəqədi rayon 179 saylı orta məktəbin şagirdi Nəsibzadə Ayxan və III yeri tutmuş Binəqədi rayon 102 saylı orta məktəbin şagirdi Həsənli Cəlal və Sabunçu rayon 215 saylı orta məktəbin şagirdi Həsənzadə Əliş mükafatlandırılıb. Daha sonra “Mənim Bayrağım” mövzusunda  keçirilən inşa yazı müsabiqəsinin I yer tutmuş Xətai rayon humanitar fənlər liseyinin şagirdi Hacıyeva Gülçin, II yer tutmuş İbrahimova Nərmin və III yeri tutmuş Xəzər rayon 149 saylı orta məktəbin şagirdi Əlizadə Səmraya mükafatı təqdim olunub.

Bundan başqa digər  fərqlənmiş iştirakçılara Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfindən müvafiq dərəcəli diplomları, xatirə hədiyyələri və pul mükafatı təqdim olunub.