Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Cocuq Mərcanlıda İftar Süfrəsi Açılıb

04.06.2018-ci il tarixində Gəncliyə Yardım Fondu erməni işğalından azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Cocuq Mərcanlı sakinləri və əsgərlər iştirak edib.
Davamını oxu...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi...‎

30.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

‎ Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyi münasibəti ilə Təbrik Edirik!‎

‎100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.‎ ‎ ‎Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis ‎şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri ‎olduğu Azərbaycan Milli…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

22.05.2018 tarixində Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr…
Davamını oxu...

‎“20 Yanvar Faciəsi Xalqımızın Qəhrəmanlıq Salnaməsidir”‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olub. Daha sonra 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad edilib, Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 28-ci ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması məqsədilə baş tutub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim tədbir iştirakçılarına şəhidlik fəlsəfəsindən danışıb.

“Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib. Azərbaycan dövlətinin hər zaman gənclər siyasətinə böyük önəm verir vurğulayıb. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edib.  20 yanvar  faciəsinin xalqımızın qəhrəmanlıq səlnaməsi olduğunu xüsusi olaraq qeyd edərək gənclərə bu hadisəni unutmamağı və unutdurmamağı tövsiyyə edib

Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 28 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün Türk dünyasının hüzün günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.

Tədbirdə çıxış edən, T.C. Bakı Böyükelçiliyi Təhsil Müşaviri Abdulqafur Büyükfırat tariximizdə vətənlərimiz azadlığı və istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərin gələcək nəsillər tərəfindən tanınmasının əhəmiyyətindən danışıb..

Daha sonra çıxış edən 20 Yanvar Fondunun Sədri Maral Zamanova o günlərin canlı şahidi olduğunu bildirərək, azadlığımızı, müstəqilliyimizi həmin şəhidlərə borçlu olduğumuzu qeyd edib.

Tədbirdə çıxış edən 20 Yanvar Cəmiyyətinin Sədri Sultan Əzimzadə öz çıxışında iki qardaş dövlətin tarix boyu bütün çətin anlarda bir-birinin yanında olmasından və bu gündən sonra da bu birlikdəliyin davamlı olacağından danışıb.  Gəncliyə Yardım Fonduna və onun rəhbərliyinə xüsusı təşəkkürünü bildirib.  

Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar.

Müsabiqədə müvafiq olaraq fərqlənmiş səkkiz nəfər və  birinci, ikinci və üçüncü yerləri tutmuş Yasamal rayonu 20 saylı orta məktəbin şagirdi Quluzadə Fidan (III yer), Suraxanı rayonu 87 saylı məktəbin şagirdi Heydərova Vüsalə (II yer) və Xətai rayonu Humanitar Fənlər liseyinin şagirdi Hacıyeva Gülçin (I yer) təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim edilib.