Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF İstedadlı Gənclərə Dəstək Olmağa Davam Edir

Fevralın 16-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən kitabın – gənc şair Vasif Zöhraboğlunun "Natamam təklik" şeirlər kitabının…
Davamını oxu...

GYF-də Gənc Ailələr Üçün Maraqlı Seminar Keçirilib

“Gül” Körpələr Evi və Uşaq Bağçasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Uşaq tərbiyəsində ideal ata-ana olmaq” mövzusunda maarifləndirici seminar keçirilib.  Uşaq sahibi olan valideyinlər və uşaqlarla işləyən mütəxəssislər üçün nəzərdə…
Davamını oxu...

Bəxtiyar Vahabzadə “Ustada sayğı gecəsi” ilə yad edildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçirilib. Şairin həyat və yaradığcılığına həsr edilmiş paneldə Gəncliyə Yardım Fondunun Prezidenti…
Davamını oxu...

‎“Ürək Daşı”nın İlk İmza Günü Keçirilib‎

Fevralın 9-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər…
Davamını oxu...

Azərbaycanda Gənclər Günü Qeyd Edilir

2 fevral “Gənclər Günü” münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabanı ziyarət edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər və gənclər təşkilatlarının nümayəndələri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edəki tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti və fondun əməkdaşları da iştirak edib.