Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF İstedadlı Gənclərə Dəstək Olmağa Davam Edir

Fevralın 16-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən kitabın – gənc şair Vasif Zöhraboğlunun "Natamam təklik" şeirlər kitabının…
Davamını oxu...

GYF-də Gənc Ailələr Üçün Maraqlı Seminar Keçirilib

“Gül” Körpələr Evi və Uşaq Bağçasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Uşaq tərbiyəsində ideal ata-ana olmaq” mövzusunda maarifləndirici seminar keçirilib.  Uşaq sahibi olan valideyinlər və uşaqlarla işləyən mütəxəssislər üçün nəzərdə…
Davamını oxu...

Bəxtiyar Vahabzadə “Ustada sayğı gecəsi” ilə yad edildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçirilib. Şairin həyat və yaradığcılığına həsr edilmiş paneldə Gəncliyə Yardım Fondunun Prezidenti…
Davamını oxu...

‎“Ürək Daşı”nın İlk İmza Günü Keçirilib‎

Fevralın 9-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər…
Davamını oxu...

‎“Necə Öyrənək, Necə Öyrədək?” Seminarı Uğurla Başa Çatıb

İGEDER (İstanbul Gönüllü Eğitimciler Derneği) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkil etdiyi “Necə Öyrənək, Necə Öyrədək?” seminarı uğurla başa çatıb.

İGEDER İdarə heyətinin sədri Nuri Özkan və İcraçı katib Mehmed Esad Demircinin mühazirəçi olaraq qatıldığı  seminar,  Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycandakı təhsil könüllüləri və idarəçilərindən ibarət olan təxminən yetmişə yaxın insanın iştirakı ilə baş tutub. Seminarda “Yaşlara Görə İnkişaf Xüsusiyyətləri”, “Təsirli Sinif İdarə Edilməsi”, “İnsan Tanıma Texnikaları”, “Təhsilin Təməl Xüsusiyyətləri”, “Təsirli Dərs Keçmə Texnikaları” başlıqları altında mövzulara yer verilib.

Seminarın sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim “İGEDER”-ə bu cür  seminarları təşkil etdiyinə görə təşəkkürünü bildirib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Cənablarının “Biz bir millət, iki dövlətik” devizini vurğulayan natiq, bu cür tədbirlərin Azərbaycan və Türkiyə arasındaki dostluq və qardaşlıq körpüsünün daha da qüvvətlənməsinə vəsilə olacağını bildirib.

Tədbirn sonunda qarşılıqlı hədiyyələr təqdim olunaraq xatirə şəkili çəkilib.