Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Azərbaycanlı Tələbələr Nuri Paşanın Qəbrini Ziyarət Edib

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. İki ölkənin…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Prezidenti Azərbaycan İlahiyyat İnstitutunun Rektoru ilə ‎Görüşüb

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan İlahiyyat İnstitutunun Rektoru Ceyhun Məmmədov ilə görüşüb. Ahmet Tecim yeni yaradılmış Azərbaycan İlahiyat İnstitutu münasibəti ilə İnstitutun rektoru Ceyhun Məmmədovu təbrik edib və…
Davamını oxu...

Yeri Gəlsə Qarabağ Üçün Döyüşməyə Hazırıq...‎

Bu ifadələri "100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclər səsləndirib. 05-08.07.2018-ci il tarixləri arasında Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət…
Davamını oxu...

Türkiyədən Gələn Tələbə Gənclərin Ziyarəti Davam edir…

"100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir. Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər…
Davamını oxu...

GYF Rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ‎Yaradılmasının 6-cı ‎İldönümü İlə Bağlı Tədbirdə İştirak edib

13 fevral 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ‎Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir həyata keçirilib. Bu münasibətlə ‎Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda ‎Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ‎məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.‎

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati ‎binasında tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid ‎olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqələk sükutla yad edib. Tədbir Dövlət Himninin ‎ifası ilə başlanılıb.‎

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlətin Xidmətinin şəxsi heyəti, ‎Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, ‎Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev,  “Azərbaycan ‎Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan ‎Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ‎üzvi Emin Həsənli, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən ‎Həsənov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Fizuli ‎Rzaquliyev, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə, Gəncliyə Yardım ‎Fondunun   prezidenti Ahmet Tecim, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik ‎Komissiyasının sədri Şahin Musaoğlu, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru ‎Seyfəddin Hüseynli, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan ‎Əlizamanlı,  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı iştirak edib.‎

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu ‎Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. General-leytenant ‎A.Rəhimov qeyd edib ki, Sə¬fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən ‎müddət ərzində Azərbaycan Respublikasının Pre¬zidenti - Silahlı Qüvvələrin Ali Baş ‎Komandanı cənab İl¬ham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, qarşıya ‎qoyulmuş vəzifə və tapşırıqları müvəffəqiyyətlə həyata keçirdiyini vurğulayıb. ‎

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Səfərbərlik ‎və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının böyük bir əhəmiyyət kəsb ‎etdiyini vurğulayaraq, ötən  6 il ərzində böyük nailiyyətlər qazanıldığını qeyd edib. Daha sonra ‎Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu ‎Rəhimova Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsini təqdim edib. ‎

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan ‎Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları oxunaraq, dəvət olunmuş qonaqlar və ‎xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıb.‎

Tədbirin sonunda Xidmətin fəaliyyətindən bəhs edən “Qələbəyə səfərbər ol” sənədli ‎filmi nümayiş etdirilib.‎