Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İllik Hesabatı Tədbiri ‎Keçirilib

10.12.2018-ci il tarxində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin illik hesabat tədbiri keçirilib. Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycan…
Davamını oxu...

Xalq Artisti Alim Qasımov GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımovanın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına…
Davamını oxu...

Onun Həyatında Yeni Səhifə Açıldı

01.12.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Goranboy rayonunda I qrup əlilliyi olan Həsənov Ramin Müharib oğlunu ziyarət edib. Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Həsənov Ramin Müharib oğluna…
Davamını oxu...

Məşhur Yazıçı Elxan Elatlı GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın milli bestseller müəllifi olan məşhur yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlının Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif…
Davamını oxu...

‎“Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda ‎elmi-praktik konfrans keçirilib

2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə ADPU-da “Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib.

 Daha sonra Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov, Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin müşaviri Birol Dok, ADPU Tarix və Coğrafiya fakültəsinin dekanı, fəlsəfə doktoru Şahin Pənahov, ADİU Türk Dünyası İqtisad fakultəsinin dekanı, fəlsəfə doktoru Fərrux Tuzcuoğlu, Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru Telman Nüsrətoğlu, Marmara Universiteti Türkiyyat Araşdırmalar İnistitunun dosenti Mehdi Gəncəli, BDU Jurnalistika fakultəsinin dekanı, fəlsəfə doktoru Vüqar Zifəroğlu Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı, XIX əsrin sonu XX əsrin əvvəllərində Anadolu və Azərbaycan coğrafiyası arasında qarşılıqlı yardım fəaliyyətləri, Azərbaycan-Türkiyə arasında sosial yardımlaşmalar, iki ölkə arasındakı tarixən mövcud olmuş əlaqələr, müasir durum və perspektivlər mövzusunda çıxış ediblər.

Məlumat üçün bildirək ki, QHT-lərdən ibarət “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsinin ilk tədbiri Türkiyənin terrorla mübarizə məqsədilə Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlanan hərbi hərəkatına dəstək məqsədilə 17 fevral 2018-ci il tarixində baş tutub. Tədbir Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarətlə başlayıb daha sonra Gəncliyə Yardım Fondunda rəsmi hissə ilə davam edib. Tədbirin sonunda qəbul olunmuş bəyanat təşkilat komitəsinin nümayəndələri tərəfindən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özorala təqdim edilib.