Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İllik Hesabatı Tədbiri ‎Keçirilib

10.12.2018-ci il tarxində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin illik hesabat tədbiri keçirilib. Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycan…
Davamını oxu...

Xalq Artisti Alim Qasımov GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımovanın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına…
Davamını oxu...

Onun Həyatında Yeni Səhifə Açıldı

01.12.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Goranboy rayonunda I qrup əlilliyi olan Həsənov Ramin Müharib oğlunu ziyarət edib. Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Həsənov Ramin Müharib oğluna…
Davamını oxu...

Məşhur Yazıçı Elxan Elatlı GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın milli bestseller müəllifi olan məşhur yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlının Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif…
Davamını oxu...

Azərbaycan və Türkiyə Qardaşlığına Həsr Olunmuş “Qəhrəmanlıq ‎Dastanımız” adlı Musiqili-bədii gecə keçirilib

2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrında “Qəhrəmanlıq Dastanımız” adı altında musiqili-bədii gecə keçirib.

Tədbir iştirakçıları “Qəhrəmanlıq Dastanımız” adlı rəsm sərgisi ilə tanış olublar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib. Tədbirin rəsmi hissəsində "Qardaşlığımız Əbədidir" təşkilat komitəsinin sədri Emin Həsənli, Prezident Administrasiyası ictimai –siyasi şöbəsinin məsləhətçisi Mirzəyev Rasim, Millət vəkilləri Qənirə Paşayeva, Hikmət Babaoğlu və Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, millət vəkili Şəmsəddin Hacıyev, Türkiyə Cumhuriyyəti Baş Nazirliyinin müşaviri Birol Dok, Gəncliyə Yardım Fondunu prezidenti Ahmet Tecim, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edib və  rəsm sərgisinin qalibləri mükafatlandırılıb. Tədbirin bədii hissəsində Azərbaycandan olan sənətçi Novruz Novruzlu, Türkiyədən olan sənətçi Esat Kabaklı vətənpərvərlik mövzusunda musiqilər səsləndirib.

Məlumat üçün bildirək ki, QHT-lərdən ibarət “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsinin ilk tədbiri Türkiyənin terrorla mübarizə məqsədilə Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlanan hərbi hərəkatına dəstək məqsədilə 17 fevral 2018-ci il tarixində baş tutub. Tədbir Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarətlə başlayıb daha sonra Gəncliyə Yardım Fondunda rəsmi hissə ilə davam edib. Tədbirin sonunda qəbul olunmuş bəyanat təşkilat komitəsinin nümayəndələri tərəfindən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özorala təqdim edilib.