Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Azərbaycanlı Tələbələr Nuri Paşanın Qəbrini Ziyarət Edib

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. İki ölkənin…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Prezidenti Azərbaycan İlahiyyat İnstitutunun Rektoru ilə ‎Görüşüb

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan İlahiyyat İnstitutunun Rektoru Ceyhun Məmmədov ilə görüşüb. Ahmet Tecim yeni yaradılmış Azərbaycan İlahiyat İnstitutu münasibəti ilə İnstitutun rektoru Ceyhun Məmmədovu təbrik edib və…
Davamını oxu...

Yeri Gəlsə Qarabağ Üçün Döyüşməyə Hazırıq...‎

Bu ifadələri "100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclər səsləndirib. 05-08.07.2018-ci il tarixləri arasında Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət…
Davamını oxu...

Türkiyədən Gələn Tələbə Gənclərin Ziyarəti Davam edir…

"100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir. Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər…
Davamını oxu...

‎“Kitab Tutan Balaca Əllər” Layihəsi Çərçivəsində ‎‎3 min Şagirdə 9 Adda Kitab Hədiyyə Edilib ‎

Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata keçirilib.

Layihə aprelin 23-də Türkiyə Respublikası Baş Nazirlik Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA), Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşıb.

Əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

TİKA-nın Bakı Proqram Koordinatoru Adəm Urfa, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Erkan Özoral, Firudin bəy Köçərli adına uşaq kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova, Türkiyədən dəvət olunmuş yazarlar Mustafa Tatçı, Veysel Akkaya və başqaları Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı münasibətilə keçirilən bayramın böyük fərəh hissi ilə seyr etdiklərini bildiriblər. Natiqlər ortaq mədəniyyətimizin tarixi şəxsiyyətlərinin gələcək nəsillərə, xüsusilə də gələcəyimizin təminatçısı olan uşaqlarımıza tanıdılmasının böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər.

 “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 4 nömrəli orta məktəbin şagirdlərinin ifasında konsert proqramı və ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonda, layihə çərçivəsində Türkiyənin tanınmış uşaq ədəbiyyatı yazarlarının Azərbaycan türkcəsinə uyğunlaşdırılmış, tarixi şəxsiyyətlərimizə həsr olunmuş bir-birindən maraqlı 30 mindən çox kitabı tədbir iştirakçılarına, orta məktəb şagirdlərinə paylanıb.

Layihə çərçivəsində məktəblilərə Hayati Bicenin “Yəsəvi atadan hekayələr”, Firdevs Kapusızoğlunun “Çitləmbikin macəraları”, "Xəyal" Əziz Sultanovun “Qardaşlıq Dastanı Nuri Paşa və Seyid Yəhya Bakuvi”, Veysel Akkayanın “Mövlana Cəlaləddin Rumi”, Əyyub Sultan “Əziz Mahmud Hüdayi”, Mustafa Tatcı və Sevda Urfanın “Azərbaycan müdrikləri” adlı kitabları hədiyyə verilib.