Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Azərbaycanlı Tələbələr Nuri Paşanın Qəbrini Ziyarət Edib

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. İki ölkənin…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Prezidenti Azərbaycan İlahiyyat İnstitutunun Rektoru ilə ‎Görüşüb

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan İlahiyyat İnstitutunun Rektoru Ceyhun Məmmədov ilə görüşüb. Ahmet Tecim yeni yaradılmış Azərbaycan İlahiyat İnstitutu münasibəti ilə İnstitutun rektoru Ceyhun Məmmədovu təbrik edib və…
Davamını oxu...

Yeri Gəlsə Qarabağ Üçün Döyüşməyə Hazırıq...‎

Bu ifadələri "100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclər səsləndirib. 05-08.07.2018-ci il tarixləri arasında Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət…
Davamını oxu...

Türkiyədən Gələn Tələbə Gənclərin Ziyarəti Davam edir…

"100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir. Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda “Çiçəklənən Azərbaycan” ‎Adlı Sərgi Açılıb

Mayın 1-də Gəncliyə Yardım Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı sərgi açılıb.

Azərbaycan Rəssamlar İttifaqı, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.

 Sərgidə müxtəlif yaş qruplarına mənsub rəssamların və dekorativ sənət ustalarının əsərləri nümayiş olunub.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Xalq Rəssamı Arif Hüseynov, İctimai Birliyin sədri Emin Həsənli, Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, general-mayor Məhəmmədhüseyn Sarıyev və başqaları çıxış edərək bildiriblər ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib.

Natiqlər müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu bildirərək ölkəmizin, Xalq Cümhuriyyətinin təməlini qoyduğu bütün demokratik ənənələrə sadiq qalaraq, həmin dəyərləri hazırkı dövrdə də yaşatdığını qeyd ediblər.

Müstəqilliyin bərpasından sonra müasir Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin və ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bildiriblər.

Vurğulanıb ki, təsviri və tətbiqi sənətin bütün nominasiyaları üzrə 200-dən çox rəssamın 150-ə qədər əsərinin nümayiş olunduğu sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ulu öndər Heydər Əliyevin 95 illiyinə gözəl bir töhfədir.

Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlara diplomlar təqdim edilib.