Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Suriya Türkmənlərinin Tanınmış Sənətçisi Adil Şanla görüşdə GYF ‎Nümayəndələri İştirak Edib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aradırmalar İctimai Birliyinin dəvətilə və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmənlərinin tanınmış sənətçisi, araşdırmaçı-yazarı, "Türkvizyon"un…
Davamını oxu...

GYF-Rəhbərliyi Beynəlxalq Tədbirdə İştirak Edib

Noyabrın 19-da Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası başlayıb. Tədbiri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan…
Davamını oxu...

Sosioloq Əhməd Qəşəmoğlu BİG Akademiyasının Gəncləri İlə ‎Görüşüb

17 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının ‎qonağı tanınmış sosioloq Əhməd Qəşəmoğlu olub. Elmi konfransda Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin koordinatoru Rüfət Şirinov, BİG Akademiyasının koordinatoru Şükür Əndəlifov,…
Davamını oxu...

GYF-Nümayəndələri Azərbaycan Gənclərinin VIII Forumunda İştirak Edib

Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib. Forumda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov,…
Davamını oxu...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Mübariz ‎Qurbanlı Osman Nuri Topbaşla Görüşüb

May ayının 7-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Dövlət Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Komitə sədri vurğulayıb ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev hər zaman dinə həssas yanaşıb.

Ümummilli Lider hakimiyyətə gəldikdən sonra yeni məscidlərin tikintisinə və tarixi-dini abidələrin bərpasına böyük diqqət ayırıb. Bu gün də Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə tarixi məscidlər bərpa olunur, yeni məscidlər inşa olunur. Azərbaycan dövlətinin din siyasəti təkcə müsəlmanlar üçün deyil. Digər dini konfessiya nümayəndələri üçün də eyni şərait yaradılıb. Ölkəmizdə yeni sinaqoqlar, kilsələr tikilir və bərpa olunur.

Eyni zamanda Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cənab Prezidentimiz İlham Əliyevin İlahiyyat İnstutunun yaradılması üçün sərəncam imzalaması haqqında qonağa ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən Osman Nuri Topbaş qeyd edib ki, Azərbaycana səfəri zamanı ölkəmizin çox sürətlə inkişafının şahidi olub. İslamın maarifçilik və haqq dini olduğunu vurğulayan Osman Nuri Toppaş bu gün dindən siyasi məqsədlər üçün istifadə edildiyini və bunun çox acı nəticələrə gətirib çıxarığını bildirib. İslamın ədalət, sabitlik və səadət dini olduğunu dünyaya yenidən anladılmasının vacibliyindən danışıb.

Qeyd edək ki, Azərbaycan türkcəsinə İyirmidən artıq kitabı tərcümə edilmiş və Azərbaycan oxucusunun sevimlisinə çevrilmiş Osman Nuri Topbaşın bu gün Qafqaz Müsəlmanları İdarəsində Şeyxulislam Hacı Allahşükür Paşazadə Həzrətlərinin iştirakı ilə “Məktəbi-Aləm Kainat, Quran və İnsan” kitabının təqdimat mərasimi keçirilib.