Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-Nümayəndələri Türkiyəli Deputatla Görüşdə İştirak Edib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın da iştirak etdiyi mərasimdə Türkiyə Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma «Əbədi lider» Qızıl Döş nişanı təqdim…
Davamını oxu...

‎“Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupu GYF-nin Qonağı Olub

Bu gün “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun üzvləri və könüllüləri Gəncliyə Yardım Fondunun qonağı olub. GYF-nin Ömər Halis Demir adına seminar salonunda keçirilən görüşdə Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr…
Davamını oxu...

GYF- Nümayəndələri Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbirində İştirak Edib

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbiri və Üzvlərinin Məclisi həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə məclis açıq elan edilib. Məclisin…
Davamını oxu...

GYF Nümayəndələri"Qarabağ: Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” Filmlərinin ‎Təqdimatında İştirak Edib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunmuş “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Gənclər və…
Davamını oxu...

‎100 İllik Əmanətə Sahib Çıxan Gənclər Azərbaycandadır

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. Layihə çərçivəsində, ilk olaraq Türkiyədən seçilən tələbələr Azərbaycana gəlib.

İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında geniş məlumat verilməsi nəzərdə tutulan layihə çərçivəsində ilk olaraq Türkiyədən gələn tələbələr Azərbaycanda ziyarətlərə başlayıblar. Tələbələr, 1918-ci ildə Osmanlı qüvvələri tərəfindən Bakını qurtarmaq məqsədiylə yaradılan Qafqaz İslam Ordusunun izlədiyi yol boyunca ziyarətlərini davam etdirəcəklər. Azərbaycanda bir həftə qalacaq tələbələr Bakı, Gəncə, Şamaxı, Quba, Zaqatala kimi şəhərləri ziyarət edəcək və tarixi məkanlarla tanış olacaqlar.

Layihənin ikinci hissəsi isə Azərbaycandan seçilən tələbələrin Türkiyəyə səfəri ilə reallaşdırılacaq. Bu səfərdə tələbələr Çanaqqalaya gedəcək və  Çanaqqala Döyüşləri və Azərbaycanlıların döyüş əsnasında fəaliyyətləri haqqında onlara ətraflı məlumat veriləcək. Hər iki ölkəyə reallaşdırılacaq ziyarətlər əsnasında milli və mənəvi dəyərlər haqqında seminarlar təşkil ediləcək. Tələbələr, eyni zamanda iki ölkənin tanınmış elm və fikir adamları ilə görüşəcəklər.

Azərbaycanda ziyarətdə olan tələbələrin ilk görüşü Gəncliyə Yardım Fondunda baş tutub. Fondun fəaliyyətləri haqqında yaxından tanış olan qonaq tələbələr onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.