Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam…
Davamını oxu...

Gənclər Zərərli Vərdişlərər Qarşı

01-09 mart 2019-cu il tarixlərində dünyanın bir necə ölkəsində Zərərli Vərdişlərə Qarşı Türkiyə Cümhuriyyətinin Yeşilay Federasyonu tərəfindən “Yaşılay həftəsi” keçirildi. Həmin silsiləli təbdirlərdən bir necəsi də ölkəmizdə keçirilmişdir. Beləki Gəncliyə…
Davamını oxu...

Xocallı Məktəbliləri Təltif Edildi

Gəncliyə Yardım Fondu Goranboy rayonunda yerləşən Xocalı şəhəri 1 saylı tam orta məktəbin, bu ilki qəbul və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 5 şagirdə təşəkkürnamə və pul mükafatı verib.…
Davamını oxu...

GYF SOS Uşaq Kəndlərində Xeyriyyə Tədbiri Keçirib

SOS Uşaq Kəndləri Gəncə Filialının ehtiyacvına uyğun olaraq Gəncliyə Yardım Fondu SOS Uşaq Kəndləri Gəncə Fillialında yaşayan 19 nəfər uşağı sünnət etdirib. 31 may tarxində baş tutan xeyriyyə tədbirindən sonra…
Davamını oxu...

Azərbaycan Gənclərinin VIII Forumu Çərçivəsində Bakı Şəhər Zona ‎Toplantısında İştirak Etdik

Oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Bakı şəhər zona toplantısı keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, qeyri-hökumət və tələbə gənclər təşkilatlarının nümayəndələri, Gəncliyə Yardım Fondunun Vitse-Prezidenti Salman Əliyev, Fondun mətbuat katibi Eldar Kərimov, Bakı şəhərinin rayon gənclər və idman idarələrinin əməkdaşları, idmançılar və başqaları iştirak ediblər.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təhsil Nazirliyinin məsul əməkdaşı Rəşad Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Rəna Abdullayeva çıxış edərək əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan danışıblar. Bildirilib ki, bu gün Azərbaycanda gənclərə bütün şərait yaradılıb. Onların qarşılarında artıq yeni hədəflər var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Vurğulanıb ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Gənclər Forumu ötən illər ərzində böyük təcrübə toplayıb, ildən-ilə daha da təkmilləşərək bütün gəncləri əhatə etməyə nail olub.

Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Toplantıda Bakı şəhərinin inzibati rayonları üzrə VIII Respublika Forumuna 411 nümayəndə seçilib.

Xatırladaq ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb.

alt

alt

alt

alt

alt