Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

TUDİFAK-ın dekanı Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

‎“Sabahlara Ümid Ol” Layihəsinin İcrasına Başlanıldı

Bu gün Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur.…
Davamını oxu...

Bakıda Çanaqqala Şəhidləri Yad Edildi

Çanaqqala zəfərinin 104-cü il dönümü münasibətilə Bakıda türk şəhidliyi abidəsi ziyarət olunub. Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyinin əməkadaşlarının, Türk iş adamlarının və mətbuat nümayəndələrinin olduğu ziyarətdə Gəncliyə Yardım Fondunun rəhbərliyi…
Davamını oxu...

GYF– də “Vətənpərvərlik Ruhu və Çanaqqala” Adlı Tədbir Keçirilidi. ‎

Bugün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlunun “Vətənpərvərlik ruhu və Çanaqqale” adlı…
Davamını oxu...

GYF-nin Əməkdaşı T.C. Bakı Böyükelçiliyində Baş Tutan Məlumat Turunda İştirak Edib

Bu gün  Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Türkiyə Cumhuriyyətinin Bakı Böyükelçiliyində baş tutub. Məlumat turunda Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turunda Gəncliyə Yardım Fondunun əməkdaşı Şükür Əndəlifov da iştirak edib.

Məlumat turunda səfirliyin iş  strukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanışlıq baş tutub, daha sonra iki dövlət arasındakı mövcud proqramlar haqqında ətraflı məlumat verilib. Məlumat turu çərçivəsində iştirakçılar üçün xüsusi olaraq Türkiyənin Azərbaycandakı səfrinin birinci müavini Volkan Özkiper Azərbaycan Türkiyə dostluq və qardaşlıq müasibətlərinin tarixi kökləri və müasir dövrdə yüksək səvəyyəli inkişafı barədə danışıb.

Daha sonra gənclər təşkilatlarının rəhbərləri və nümayəndələrinin çıxışları və diskusiyaları müzakirə olunub. Görülən işlər və qarşıda duran prioritet məslələr haqqında fikir mübadiləsi edilib.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək Milli Şuranın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”,“Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR),“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fonduna, Bakı Neft Emalı Zavodu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turları təşkil olunub.